Qədəmgah mağarası

Qədəmgah mağarası (fars. غار قدمگاه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanında yerləşən mağara. Qübbə formasında olan bu mağara qədimdə atəşpərəstlər tərəfindən gün çağırma ritiallarında istifadə edilirmiş. Tarixi abidə 1968-ci ildə İranın Mədəniyyət və Elm nazirliyi tərəfindən 779 nömrəsi ilə milli irs siyahısına qeydə alınıb. Mağara ərazisinin yaxınlığında eyni adlı qəbiristanlıq yerləşir.[1]

Qədəmgah mağarası
fars. غار قدمگاه
Şəhər Azərşəhr şəhristanı
Rayon Şərqi Azərbaycan ostanı
Yerləşir Qədəmgah kəndi
Hündürlüyü 5 m
Eni 1,5 m
Sahəsi 15 m²

Haqqında[redaktə | mənbəni redaktə et]

Qədəmgah mağarası Şərqi Azərbaycan ostanının Azərşəhr şəhərinin 12 km cənub-şərqində, Badamyar bir digər adı ilə Qədəmgah kəndi yaxınlığında yerləşir. Mağara insanlar tərəfindən dağın içərisində oyularaq inşa edilib. Mağaranın tarixi ilə bağlı dəqiq məlumat olmasa da, islamdan əvvəlki dövrə aid edilir. Bəzi tarixçilərə görə isə məbədin 12 min il yaşı var. Atəşpərəst məbədi olaraq inşa edilən mağaranın tarixin müxtəlif dövrlərində müxtəlif istifadə məqsədləri olub. Belə ki, bura ilk əvvəllər məbəd, daha sonra hərbi təhlükəsizlik məqsədli sığınacaq, hicri VI–VIII əsrlərdə isə dərvişlər üçün ibadət məkanı olmuşdur.[2]

Yeraltı mağara dairəvi formadadır və diametri 15 metr, eni 1,5 m, hündürlüyü isə 5 m-dir. Təxminən 9 m uzunluğunda koridor bizi uzunluğu 4,5 m və eni 3,20 m, hündürlüyü 2 ilə 5 m arasında olan atriuma aparır. Atrium da mağaranın günbəzinə açılır. Bu sahə döşəmədən işıqlı pəncərəyə qədər 12 m hündürlükdədir. Bu gün qonşu kəndlərin camaatı RamazanMəhərrəm aylarında dini ayinlərinin bir hissəsini burada keçirirlər. Bu məbəd və ya məscid 1968-ci ildə (h. 1347) Mədəniyyət və Elm Nazirliyi tərəfindən İranın tarixi abidələri siyahısında 779 nömrəsi ilə qeydə alınmışdır.[3]

Mağara ərazisinin yaxınlığında eyni adlı qəbiristanlıq yerləşir. Qədim Qədəmgah qəbiristanlığında kufi xətti ilə yazılmış kitabələr var. Bu kitabələrin hamısı bir şəxs tərəfindən yazılmışdır və Cəfəri məzhəbinin rəsmi məzhəb olduğu dövrlərə təsadüf edir. Təəssüf ki, günümüzdə diqqətsizlik nəticəsində bir çox kitabə oğurlanıb və ya dağıdılmışdır. Qədəmgah qəbiristanlığı da İran Mədəniyyət və Elm nazirliyi tərəfindən Milli irs siyahısına qeydə alınıb.[4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "غار قدمگاه، روستاى باداميار، آذرشهر، تبريز". vista.ir (fars). 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-21.
  2. ALANJAGH, 2019. səh. 80
  3. ALANJAGH, 2019. səh. 79
  4. "qadamgah-temple". tabriztrip.com (fars). 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-18.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ali NOROUZİ ALANJAGH. DOĞU AZERBAYCAN İLİNİN (İRAN) BÖLGESEL AÇIDAN TURİZM PLANLAMASI VE ANALİZİ. Erzurum. T.C. ATATÜRK ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ COĞRAFYA ANABİLİM DALI. 2019.