Qədim Əhmədov (30 yanvar 1929, Mirili, İmişli rayonu – 2015) — Azərbaycanın dövlət və siyasi-ictimai xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı.
Qədim Əhmədov | |
---|---|
Qədim Şahvəli oğlu Əhmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 yanvar 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 2015 |
Dəfn yeri | |
Təhsili |
Qədim Əhmədov 1929-cu ildə İmişli rayonunun Mirili kəndində anadan olmuşdur. Əmək faliyyətinə 1947-ci ildə İmişli rayon İcrayyə Komitəsində başlamış, 1948–1951-ci illərdə İmişli rayon Partiya Komitəsində təlimatçı, 1951–1953-cü illərdə İmişli RİK-də şöbə müdirü, 1953–1955-ci illərdə İmişli rayon Komsomol Komitəsinin 1-ci katibi, 1955–1956-cı illərdə İmişli rayon Partiya Komitəsinin Qaradonlu MTS üzrə katibi işləmişdir. Bacarıqli iş fəaliyyətinə görə Bakı Ali Partiya Məktəbinə təhkim edilmiş, 1956–1960-cı illərdə Ali Partiya Məktəbində oxumuişdur. İmişli rayon Partiya Komitəsində 1960-cı ildə təlimatçı, 1961–1965-ci ilin yanvar ayına kimi 2-ci katib vəzifəsində işləmişdir. İkinci Ali təhsili Azərvaycan Xalq Təsərrüfatı İnstitutunda almışdır.
1965-ci ildən 1969-cu ilə kimi Qasım-İsmayılov rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. 1969–1981-ci ilə kimi Füzuli rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir.
Azərbaycan SSR Ali Sovetinin dalbadal 4 dəfə (6, 7, 8 və 9-cu çağırış) deputatı seçilmişdır.
1981-ci ildən Azərbaycan Respublikası Melorasiya və Su Təsərrüfatı Nazirliyində Kadrlar üzrə müavin, 2008-ci ilə kimi Kadrlar İdarəsinin rəisi vəzifəsində işləmiş, 2008-ci ildən Fəxri Təqaudə layiq görülmüşdür.
İşlədiyi dövrdə bir sıra dövlət mükafatları ilə, o cümlədən, 5 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, fəxri fərmanlar və medallarla təltif edilmişdir.
2015-ci ildə vəfat etmişdir, İmişli rayon qəbrastanlığında dəfn edilmişdir