Qədim qozalı metasekvoya

<td_align="right"_width="40%">Cins:<td_align="left">Qara_şam&action=edit&preload=Şablon:RedTaxLink/preload&editintro=Şablon:RedTaxLink/intro&preloadparams%5B%5D=<td%20align="right"%20width="40%">Cins:<td%20align="left">Qara%20şam}}, taksonun sistematikasını təsvir etməlidir [[]].
:
† 
(Qara şam]])[1]
???:
Qədim qozalı metasekvoya

Bitkinin adı yunanca "meta" — "arasında" sözündən götürülmüş və yapon paleobotaniki S.Miki tərəfindən Sekvoya cinsinə yaxın olduğu qeyd edilmişdir. Təbii şəraitdə ancaq Çinin Siçuan və Xubeydə rayonlarında rast gəlinir. Metasekvoyanın qazıntı halında tapılmış qalıqları Asiya da, Şimali Amerka da, Qrenlandiya da və Şpisbergen də aşkar edilmişdir. Bu cins Tabaşir dövründə yaranmışdır və Oliqosendə inkişaf etmişdir. Hazırda merasekvoyaya bitkisinə Fransa, İngiltərə, Polşa, Norveç, FinlandiyaAlyaskada rast gəlmək olar. Bu bitki isti continental iqlimi olan ölkələrdə bitir, ancaq rütubətli subtropik iqlimli ərazilərdə yaxşı inkişaf edir. Hündürlüyü 40 m , gövdəsinin diametri 2,5 m olub, yarpağınıtökən ağacdır. Budaqları və cavan zoğları qarşılıqlı yerləşir. Çətirinin forması konusvarı, yaşlandıqda isə şarşəkilli olur. Qabığı tünd-qonur, qırışlı, soyulandır. İynəyarpaqları yayda tünd-yaşıl, payızda qırmızı-qonur olur, sonrakı dövrdə isə qısa zoğlarla birlikdə tökülür. Alt tərəfidə her birində 4-6 sıra olmaqla 2 ağızcıqlı kanal yerləşir. Erkək çiçəkləri zoğun ucunda yerləşir erkəkcikləri 20 ədəddir tozcuq toxumları qabarcıqsızdır. Dişi çiçəkləri 22-26 meyvə yarpağının birləşməsindən əmələ gəlib, üzbəüz yerləşir, üst və alt cütləri sterildir. Sallaq qozaların uzunluğu 1-1,5 sm olub, 20-28 qabıqlıdır,5-9 yumurtacıqlıdır,qoza qabıqları qalxanşəkilli, oduncaqlıdır. Toxumları yığcam (5-9) qanadlıdır. Hazırda 10 dan çox sortu vardır. Toxum və qələmlərlə çoxaldılır. Göllərin sahillərində və yapon bağlarında yaşıllaşdırmada istifadə olunur. Son dövrlərdə Bakının park və bağlarında rast gəlinir.

Qədim qozalı metasekvoya
Metasequoia Glyptostroboides2.jpg
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{
Cins:Qara şam
Cins:Qara şam
Cins:Qara şam
Cins:Qara şam
Cins:Qara şam
Beynəlxalq elmi adı

Məlumat mənbələri[redaktə | mənbəni redaktə et]

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
  1. Cins:Qara şam