Qədir Mirzə Əli (qaz. Қадыр Мырза Әлі, rus. Кадыр Гинаятович Мырзалиев; 5 yanvar 1935 – 24 yanvar 2011, Almatı) — Qazaxıstan xalq yazıçısı, şair və ilk Qazaxıstan himninin həmmüəllifidir[1]. O, 50-dən çox şeir kitabı, ədəbi tənqid və uşaq kitabları müəllifidir.
Qədir Mirzə Əli | |
---|---|
qaz. Қадыр Мырза Әлі | |
Doğum tarixi | 5 yanvar 1935 |
Vəfat tarixi | 24 yanvar 2011 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, şair, tərcüməçi |
Fəaliyyət illəri | 1954—2010? |
Əsərlərinin dili | Qazax dili |
İlk əsəri | "Bahar" şeirlər toplusu |
Mükafatları |
Qədir Mirzəliyev Ural oblastının Cambeytı kəndində anadan olmuşdur. O, uşaqlıqdan bəri kitablara maraq göstərmiş və yerli rayon kitabxanasının daimi ziyarətçisi idi. 11 yaşında bəstələdiyi ilk şeirində sinif yoldaşlarını zarafatcıl tərzdə təsvir etmişdir. Atasının ölümündən sonra o, internat məktəbinə göndərildi, burada şeir sənəti üzrə təhsilini davam etdirdi. 1954-cü ildə gənc şair "Pioner" respublika jurnalında dərc olunmağa başlayır.[2]
1958-ci ildə Qədir Mirzəliyev S. M. Kirov adına Qazax Milli Universitetinin filologiya fakültəsi, iki il sonra aspiranturasını bitirdi. Təhsil aldıqdan sonra uzun illər jurnalistikayla məşğul oldu. 1958—1962-ci illərdə "Baldırqan" ("Uşaq") uşaq jurnalının ədəbi əməkdaş kimi işləmişdir. 1962—1965-ci illərdə şeir və tənqid şöbəsinin müdiri, "Juldız" (Ulduz) jurnalının icraçı katibi olmuşdur. 1968—1973-cü ildə "Jazuşı" ("Yazıçı") nəşriyyatının poeziya redaksiyasının rəhbəri idi. 1973—1978-ci illərdə Qazaxıstan Yazıçılar Birliyinin şeir şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-ci ildə Qazaxıstan Respublikası Ali Şurasının Milli Siyasət, Mədəniyyət və Dil Komitəsi sədrinin müavini oldu. 1994-cü ildə Qazaxıstan Respublikasının xalq deputatı seçilmişdir.[3]
2011-ci il yanvarın 23-dən 24-nə keçən gecə vəfat etdi.[3]