Qəhrəman Qəhrəmanzadə (Tam adı:Qəhrəman Rüstəm oğlu Qəhrəmanzadə; d.22 mart 1913; İran, Qaradağ mahalı, Əhər, Vərdin k. - ö.23 yanvar 1990, Bakı) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974).
Qəhrəman Qəhrəmanzadə | |
---|---|
Qəhrəman Rüstəm oğlu Qəhrəmanzadə | |
Doğum tarixi | |
Doğum yeri | İran, Qaradağ mahalı |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Azərbaycan SSR, Bakı |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | nasir |
Qəhrəman Qəhrəmanzadə 1913-cü ildə martın 22-də İranın Şərqi Azərbaycan ostanı ilə Araz çayının cənub qisimində yerləşən Qaradağ mahalında, Əhər deyilən yerdə Vərdin kəndində doğulub. Kiçik yaşlarından Azərbaycanın Gəncə şəhərinə köçmüş, 1928-33-cü illərdə burada 6 saylı birinci dərəcəli ibtidai məktəbi bitirib Bakı pedaqoji texnikumunda təhsil almışdır. İki il Lək və Çobanabdallı kəndlərində ədəbiyyat müəllimi olmuş, 1935-37-ci illərdə APİ-də təhsilini davam etdirmişdi. 1943-44-cü illərdə "İran-Sovtrans"ında yanğınsöndürən vəzifəsində işləyib. 1945-ci ildə Hızbı-Tudeyi İran partiyası sıralarına daxil olub. Təbriz şəhər partiya komitəsinin büro üzvü seçilmiş, İranın cənubunda Düiful şəhərində iki il sürgündə qalmışdır. 1956-58-ci illərdə siyasi fəaliyyəti səbəbində ailəlikcə zindana salınmış 7 ay Tehranda işlədikdən sonra 1958-ci ilin oktyabrında Bakıya köçmüş, burada 1959-63-cü illər Bakı ali partiya məktəbində təhsil almış, 1963-1990-cı illərdə isə Azərittifaqda işləmişdir. 1990-cı ildə yanvarın 23-də Bakıda vəfat etmişdir.
Bədii yaradıcılığa 1935-ci ildə "Qızıl Gəncə" qəzetində dərc etdirdiyi ilk hekayəsi ilə başlamışdır. Hekayələri dövri mətbuatda müntəzəm çap olunurdu. 1941-42-ci illərdə "Vətən yolunda" qəzeti redaksiyasında əməkdaş olmuş, həmçinin "Azərbaycan" demokratik jurnalında redaktor müavini işləmişdir.