Qəhrəman bəy Arif


Qəhrəman bəy Heydər bəy oğlu Arif - (1780-?), şair.

Qəhrəman bəy Arif
Qəhrəman bəy Heydər bəy oğlu Arif
Doğum tarixi
Doğum yeri Şuşa
Vəfat tarixi XIX əsr
Fəaliyyəti şair

Qəhrəman bəy Heydər bəy oğlu 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Şair idi. Arif təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Satirik, kinayəli, zəmanəsini qamçılayan şeirlərinə də rast gəlinir.


Qəhrəman bəy Pəri xanımla ailə qurmuşdu. Sadıq bəy, Hüseynqulu bəy adlı oğlanları vardı.


Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Gövhər ağa İbrahimxəlil xan qızı 1824-cü ildə əmisioğlu Xankişi bəy Mеhrəli xan oğlu Sarıcalı-Cavanşirlə ailə qurmuşdu. Bu izdivacla bağlı şair Kərbəlayı Qəhrəman bəy Ağa Hеydər bəy oğlu Arif yazırdı:

 
Xərmöhrəyə layiq olmayan xər,
Səd hеyf cahanda tapdı gövhər.

Təqdiri-qəzaya qıl tamaşə,
Axır səni verdi cəhrəbaşə.

  • Ənvər Çingizoğlu, Heydər bəyin törəmələri (Heydərbəyovlar, Heydərzadələr), "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.17-21

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]