Qəlbi ilə çəkən rəssam — 2011-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film.
Qəlbi ilə çəkən rəssam | |
---|---|
Rejissor | Ziya Şıxlinski |
Ssenari müəllifi | Toğrul Cuvarlı |
Operator | Adil Abbasov |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
Ölkələr | Azərbaycan |
İl | 2011 |
Film Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, YUNESKO-nun incəsənət məsələləri üzrə fəxri prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı Tahir Salahova həsr olunmuşdur.
"Yaddaş" Sənədli Filmlər Studiyasında çəkilmiş filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur.
2011-ci il oktyabrın 1-dən 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXII "Rossiya" açıq sənədli filmlər festivalında Azərbaycanı təmsil edəcək[1].