Rusiya Rəssamlıq Akademiyası (rus. Российская академия художеств) — Rusiya Federasiyasının Moskva şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Rusiya Rəssamlıq Akademiyası РАМ | |
---|---|
55°42′ şm. e. 37°40′ ş. u.HGYO | |
Əsası qoyulub | 1757 |
Tip | Dövlət |
Şəhər | Moskva şəhəri |
Ölkə | |
Sayt | rah.ru |
Akademiya 1757-ci ildə qraf İ.İ.Şuvalovun təşəbbüsü ilə yaradılmışdır. Tələbələrlə məşğələlər 1758-ci ildə eyni zamanda bir neçə sinifdə (rəssamlıq, heykəltəraşlıq, arxitektura, qravür, medaler siniflərində) başlanmışdır. Altı ildən sonra isə imperatriça II Yekaterinanın əmri ilə "Üç məşhur incəsənət (rəssamlıq, heykəltəraşlıq, arxitektura) İmperator Akademiyasının imtiyaz və nizamnaməsi" təsdiq olunur. Bu əmr akademiyaya xüsusi dövlət statusu verdi və uzunmüddətli fəaliyyətinin istiqamətini müəyyən etdi.
Hazırda Rusiyada təsviri incəsənət sahəsində mütəxəssislərin hazırlanmasında rus təsviri məktəbinin ənənələrini iki ali akademik təsisat davam etdirir. İ.Y.Repin adına Sankt-Peterburq Rəssamlıq, Heykəltəraşlıq və Arxitektura Akademik İnstitutu kitabxana və muzey ilə birlikdə Rusiya Rəssamlıq Akademiyasının başlandığı binada yerləşmişdir. Hər iki institut Rusiya Rəssamlıq Akademiyasının strukturuna daxil olub, milli sərvət obyektləridir. Onlar dövlət lisenziyasına malikdir və rəssamlıq, heykəltəraşlıq, arxitektura, qrafika, təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisasları üzrə ali və əlavə peşəkar rəssamlıq təhsili sahəsində təhsil fəaliyyəti aparmaq hüququna akkreditə olunmuşdur. Təhsil müddəti bitdikdən sonra məzunlara ali təhsil və rəssamlıq, yaxud sənətşünas ixtisasını (hazırlıq profilinə uyğun) təsdiq edən sertifikasiyalı diplom verilir.