Qəlbinə yol (albom)

Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu.

Qəlbinə yol
Zülfiyyə Xanbabayeva tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi mart 2003
Yazılma tarixi 2002-2003
Janr Pop, Azəri Pop
Müddət 46:36
Leybl Z.X Records
Prodüser Nigar Hacızadə
Zülfiyyə Xanbabayeva albomlarının xronologiyası
"Sən Gedən Gündən"
(2003)
"Qəlbinə yol"
(2003)
"Sənsiz"
(2004)

Albom haqqında

[redaktə | mənbəni redaktə et]

"Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.

Mahnıların siyahısı

[redaktə | mənbəni redaktə et]
CD/MP3 download
BaşlıqYazar(lar)Müddət
1."Anladım Sonunda"Gövhər Həsənzadə3:28
2."Qəlbinə Yol"Rəşad Haşımov, Altun Şaşıq4:42
3."Gəl - gəl"Vaqif Gərayzadə, İsmayıl Dadaşov3:39
4."Sevirəm Səni"Kafiyə Abdinova, İsmayıl Dadaşov4:01
5."Kölgələr Düşdü"Tünzalə Ağayeva, Əbülfət İslam3:22
6."Gedəndən Sonra"Nadir Əzimov, Rəsmiyyə Sabir3:56
7."Məni Daha Gözləmə"Cavanşir Quliyev, Kamal Abdulla5:02
8."Xatirələr"Aytən İsmixanova, Altun Şaşıq4:33
9."Ya Sənindir Ya Mənim"Vaqif Gərayzadə, Sərvər Şahbəyli4:02
10."Popurri" (Darıxmışam; Dəyişir Dünya; İzlər Silinib; Yağış; Gecə) 9:51
Ümumi müddət:46:36

Albomdan çıxan videolar

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]