Gövhər Həsənzadə

Gövhər Sudef qızı Həsənzadə (6 mart 1969, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar artisti (2006).

Gövhər Həsənzadə
Ümumi məlumatlar
Doğum tarixi 6 mart 1969(1969-03-06) (55 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2006

Gövhər Sudef qızı Həsənzadə 6 mart 1969-cu ildə Bakıda, ziyalı ailəsində anadan olmuşdur. Atası – S. D. Həsənov (05.11.1939–11.10.2016) Azərbaycan Elmlər Akademiyası Respublika Təcili Məlumat Xidmətinin rəisi vəzifəsində çalışmışdır, anası A. S. Həsənova (22.12.1937) isə filoloqdur.

1976-cı ildə Bakı şəhər M. Rahim adına 7 saylı orta məktəbin birinci sinfinə, 1977-ci ildə isə Səbail rayonundakı 2 saylı yeddiillik musiqi məktəbinin fortepiano sinfinə müsabiqəsiz daxil olmuşdur. 1984-cü ildə orta məktəbin 8-ci sinfini, musiqi məktəbinin 7-ci sinfini fərqlənmə ilə bitirərək elə həmin ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin musiqi nəzəriyyəsi və tarix fakültəsinə müsabiqəsiz daxil olmuşdur. İlk bəstəkarlıq dərslərini Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteyndən almışdır. 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vuraraq Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olmuşdur. Ali və peşəkar təhsilini Xalq artisti, professor Cövdət Hacıyevin sinfində almış və 1993-cü ildə həmin təhsil ocağını bitirmişdir.

Gövhər Həsənzadə 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Heydər Əliyev Sarayında bədii rəhbər və rejissor vəzifəsinə təyin edilmiş və 3 aprel 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə M. Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir.

Gövhər Həsənzadə təşkilatçılıq fəaliyyəti ilə bərabər peşəkar yaradıcılıq ilə də məşğul olmuşdur. 1993-cü ildən fəaliyyət göstərən ümumrespublika gənc estrada musiqisi ifaçılarının "Zirvəyə doğru" müsabiqəsinin yaradıcısı və bədii rəhbəridir. O, böyük simfonik orkestr üçün poema, simfoniya, fortepiano və orkestr üçün konsert, skripka və orkestr üçün konsert, simli kvartet və kvintet, fortepiano və skripka alətləri üçün prelüd, sonata və bir çox klassik janrda yazılmış 50-yə yaxın əsərin və 300-ə yaxın mahnının, eləcə də Azərbaycan Respublikası Gənclərinin Himni (1996), "Olimpiada yolları" himni (1996), "Biz varıq"(BMT Azərbaycan nümayəndəliyi) himni, "Sən qalib gələcəksən" (2008), "Sən azərbaycanlısan"(2013) kimi layihələrin müəllifidir.

2008-ci ildə Azərbaycanı ilk dəfə təmil olunduğu Avroviziya Mahnı Müsabiqəsində "Day After Day" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəridir. 2013-cü ildə isə Türkviziya Mahnı Müsabiqəsinda yenə də Azərbaycanı ilk dəfə təmsil edərək "Yaşa" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi 24 türkdilli ölkələr arasında birinciliyi ölkəsinə qazandırmışdır.

Bu günə qədər Azərbaycan musiqiçiləri ilə bərabər Türkiyə, ABŞ və Avropada fəaliyyət göstərən Zərrin Özər, Mustafa Ceceli, Nilufer, "In-Grid", MİŞA, Pınar Aylin, Bengü, "Studio-A", Kaan Yalçın, Kanun Yıldırım, Zeliha Sunal, Barrbaros, Meyra, Ayla İşıl, Senem və bir çox peşəkar müsiqiçilər və yaradıcı kollektivlərlə çalışmışdır. Hal-hazırda "Azərbaycan professional mahnı janrının yaranmasının tarixi aspekti" mövzusunda elmi iş və iki cildlik kitab üzərində çalışır. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının dissertantıdır.

Gövhər Həsənzadə Azərbaycan Respublikası Prezidentinin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.[1] 1999-cu ildən Yeni Azərbaycan Partiyasının, 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1998-ci ildən MESAM (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliyi)-nin, 2013-cü ildən ARAF-ın (Azərbaycan Respublikası Atçılıq Federasiyası), 2019-cu ildən "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvüdür. 2021-ci ildən "Müəllif Hüquqları Uğrunda" İctimai Birliyin sədridir. Gövhər Həsənzadə 2023-cü il tarixdə keçirilmiş Avrasiya Hüquq sahibləri Təşkilatları Konfederasiyasının (AHTK) Baş Assambleyasının növbəti iclasında yetkilliklə Konfederasiyasının (AHTK) Baş Direktoru vəzifəsinə seçilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Mədəniyyət Mərkəzi rəisinin müavini və mədəniyyət-təminat şöbəsinin rəisi vəzifəsində çalışır.

Bəstələdiyi mahnılar

[redaktə | mənbəni redaktə et]

Yerli müğənnilər tərəfindən ifa olunanlar

[redaktə | mənbəni redaktə et]
İfaçının adı Mahnının adı Söz müəllifi Daxil olduğu albom Çıxış tarixi
Almaz Ələsgərli Oyuncağınam Sənin Gövhər Həsənzadə İlk Məhəbbətim 1996
Almaz Ələsgərli Yazığım Gəlir Sənə Gövhər Həsənzadə İlk Məhəbbətim 1996
Faiq Ağayev Dönmə Geri Gövhər Həsənzadə Vəfasızım 1998
İradə İbrahimova Get Ayşe Birgül Yılmaz Ürəyinin Götürdüyü Yerə Get 2003
İradə İbrahimova Nəydi Gövhər Həsənzadə Ürəyinin Götürdüyü Yerə Get 2003
İradə İbrahimova Müjgan Gövhər Həsənzadə Ürəyinin Götürdüyü Yerə Get 2003
Zülfiyyə Xanbabayeva Anladım Sonunda Gövhər Həsənzadə Qəlbinə Yol 2003
Ella Rubençik Mən səni deyə-deyə Gövhər Həsənzadə 2003–2004
Faiq Ağayev Ti / Ты (Dönmə Geri rusca versiyası) S. Yeşmekova Tam Məxfi…/ Сов. Секретно… 2004
Aygün Kazımova Olanlar Oldu Gövhər Həsənzadə, Namiq Qaraçuxurlu Sevərsənmi 2005
İradə İbrahimova Bahar Çiçəyi Vüqar Vahidoğlu Bahar Çiçəyi 2005
Xatirə İslam Ürək Bir Dəfə Sevir Gövhər Həsənzadə Ürək Bir Dəfə Sevir 2005
Xatirə İslam Zülmətlərin Övladıyam Gövhər Həsənzadə Ürək Bir Dəfə Sevir 2005
Xatirə İslam Deyirlər ki Gövhər Həsənzadə Ürək Bir Dəfə Sevir 2005
Rəcəb Musayev Bir də Sevməyim Gövhər Həsənzadə 2005
Ziyafət Yaqubova Əlimi Burax Gövhər Həsənzadə 2005
Elnarə Xəlilova Pəncərəndə Gövhər Həsənzadə 2006
Ramin Əhmədov Gözəlim Gövhər Həsənzadə 2006
Faiq Ağayev Ömür Bumu Gövhər Həsənzadə 2006
İzzət Bağırov Yar Aman Yar Gövhər Həsənzadə 2006
Elnur Belə Olarmı Gövhər Həsənzadə Belə Olarmı 2006
Lalə Məmmədova Kölgən Olaram Gövhər Həsənzadə Səni Sevirəm 2006
Lalə Məmmədova Səni Sevirəm Gövhər Həsənzadə Səni Sevirəm 2006
İradə İbrahimova Yaşananlar Gövhər Həsənzadə Yaşananlar 2007
İradə İbrahimova Gəl Gövhər Həsənzadə Yaşananlar 2007
İradə İbrahimova Gəl Gövhər Həsənzadə Yaşananlar 2007
Xatirə İslam Əlvida Gövhər Həsənzadə Ağlar Yenə də 2007
Xatirə İslam Ulduz Payımsan Məhəbbət İbrahimova Ağlar Yenə də 2007
Elnur Hüseynov & Samir Cavadzadə Day After Day Zəhra Bədəlbəyli Avroviziya Mahnı Müsabiqəsi Belqrad 2008 2008
İradə İbrahimova De Hardasan Fəxrəddin Teymuroğlu 2008
İradə İbrahimova Neylərəm Gövhər Həsənzadə 2008
İradə İbrahimova Son Qərar Ayşe Birgül Yılmaz 2008
Xəyyam Nisanov Mümkün Deyil Gövhər Həsənzadə Ləpələr 2008
Ayaz Qasımov Sevgi Yolu Gövhər Həsənzadə A! 2009
Zülfiyyə Xanbabayeva Tənhalıq Səni Sıxanda Gülağa Tənha Dəniz 2009
Aygün Kazımova Nankor Cəlal Qurbanov 2012

Xarici müğənnilər tərəfindən ifa olunanlar

[redaktə | mənbəni redaktə et]
İfaçının adı Mahnının adı Daxil olduğu albom Çıxış tarixi Original versiyası
Bengü Git Bağlasan Durman 2005 İradə İbrahimova
Get
Meyra Tek Senin Uğrunda Başka Bir Kadın 2005 Zülfiyyə Xanbabayeva
Anladım Sonunda
Mişa Yar aman yar Aşk 2009 İzzət Bağırov
Yar aman yar
Pınar Aylin Masal Bu Ya Masal Bu Ya 2010 Ayaz Qasımov
Sevgi Yolu
  1. Bir dəfə Qafqazda (film, 2007)
  2. QAZ (film, 2005)
  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında". 16 may 2006. 14 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2024.