Qəmər Adıgözəlova-Polçayeva

Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva (d.12 aprel 1915, Axtı, Dağıstan – ö. 1992) — həkim, professor.[1]

Qəmər Adıgözəlova
Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva
Doğum tarixi
Doğum yeri Axtı, Dağıstan vilayəti, Rusiya imperiyası
Vəfat tarixi

Həyatı[redaktə | mənbəni redaktə et]

Qəmər Əbdürrəhim qızı Adıgözəlova-Polçayeva 1915-ci il aprelin 12-də Dağıstanın Axtı kəndində anadan olmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

O, Azərbaycan ET Oftalmologiya İnstitutunda 1960-cı ildən başlayaraq, 30 ildən artıq müddətdə elmi işlər üzrə direktor müavini vəzifəsini tutumuşdu. Bundan əlavə, prof. Adıgözəlova-Polçayeva 1957-1960-cı illərdə institutun terapevtik şöbəsinin müdiri vəzifəsində çalışmış, sonralar isə institutun iki elmi şöbəsinin – uşaqların görmənin mühafizəsi və gözün virus patologiyası şöbələrinin elmi rəhbəri olmuşdur.[2]

O, görmə üzvünün optik qüsurlarının ametropiyaları, çəpgözlüyün, astiqmatizmin, ambliopiyanın, anizometropiyanın haqqında anlayışlara bir çox yeniliklər gətirmişdir. Prof. Ü.C.Musabəyli ilə birlikdə o, oftalmologiyada ilk dəfə olaraq, uzağa akkomodasiyanın konsepsiyasını yaratmışdı. Bundan əlavə gözün müxtəlif mənşəli iltihabi xəstəliklərinin, gözün yenitörəmələrinin, uveal kataraktanın, traxomanın patogenezi problemlərinin işlənməsi də bir neçə onillik ərzində institutda onun rəhbərliyi altında aparılırdı. Prof. Q.Ə.Adıgözəlova-Polçayeva oftalmologiyanın müxtəlif məsələlərinə dair bir neçə yüz elmi əsərin, o cümlədən bir neçə monoqrafiyanın müəllifidir. Onun "Ametropiyalar zamanı gözün refraksiyasına akkomodasiya spazmının təsiri" və "Anizometropiya" adlı monoqrafiyalarının görmə üzvünün fiziologiyasının öyrənilməsində böyük əməyi var. Prof. Q.Ə.Adıgözəlova-Polçayeva nəinki istedadlı alim, hətta gözəl diaqnost və hərtərəfli oftalmocərrah olmuşdur. O, elmi və təcrübi oftalmoloq kadrlarının olduqca böyük bir dəstəsini hazırlamışdı, onun rəhbərliyi altında 10-dan artıq namizədlik dissertasiyaları müdafiə edilmişdir.[656 gündür mənbəsizdir]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.
  2. Əlamətdar və tarixi günlər təqvimi 2010. Bakı. 2009. səh. 136. (#first_missing_last)