Axtı rayonu

Axtı rayonuRusiya Federasiyasının subyekti olan Dağıstan Respublkasının rayonlarından biri.

Axtı rayonu
41°27′53″ şm. e. 47°44′24″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1928
Sahəsi
  • 1.120 km²
Mərkəzin hündürlüyü 2.208 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 31.787 nəf. (2024)[2]
Digər
ahtymo.ru
Xəritəni göstər/gizlə
Axtı rayonu xəritədə
Axtı rayonu
Axtı rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Axtı rayonunun Dağıstan Respublikasındakı yerləşimi

1578 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Şirvan əyalətinin Axtı sancağı olmuşdur.</ref>[3] Axtı sancağı sonra Dərbənd əyalətinə qatılmışıdr.[4]

Rayonun sahəsi 1.140 km², inzibati mərkəzi Axtı kəndidir. Azərbaycanla sərhəddi 62 km-dir.[5]

Rayonun zəngin təbiəti var. Ərazisindən Samurçay, Axtıçay, Muqlaxçay, Fiyçay, Dəliçay və Qızıldərə çayları axır. Rayonda həmçinin Şalbuzdağ, Məlkəmuddağ (Azərbaycanın Oğuz rayonuyla sərhəddə), Yarusadağ, Uxindağ kimi dağlar və Xruq meşəsi də vardır.

2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun bütün yaşayış məntəqələrində 31.592 nəfər əhali yaşayır .[6] Rayonun ərazisinə 1 qəsəbə və 20 kənd daxildir .[7] Rayonun əhalisinə görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış məntəqələri Axtı (13.152 nəfər)[8] və Lutqun (3.049 nəfər)[9] kəndləridir .

Rayon əhalisinin mütləq əksəriyyətini ləzgilər (təxminən 100%-ni), çox az bir qismini də rutullar (Xnov / Xin kəndində) təşkil edir.[10]

Axtı kəndindən Yarusadağa açılan mənzərə
  • Аxtı (rus.) / Axtsaq'/Axtseq'/Axtseq'ar (ləz.) (rayon mərkəzi)
  • Qdım (rus.) / Qutum (ləz.)
  • Qdınk (rus.) / K'utunx'ar (ləz.)
  • Qoqaz (qeyri rəsmi olaraq Novıy Qoqaz) (rus.) / Q'u'q'vez/Ts|iyi Q'u'q'vez/ Ts|iyi Q'u'q'vezar (ləz.) — Qoqaz / Yeni Qoqaz
  • Djaba (rus.) / Çeper/Çape (ləz.) — Caba
  • Zrıx (rus.) / Tsuruq' (ləz.)
  • Kaka (rus.) / K'ak|ar (ləz.)
  • Kaluk (rus., ləz.)
  • Kurukal (rus.) / K'urukal (ləz.)
  • Lutkun (rus., ləz.)
  • Midjax (rus.) / Miçeq' (ləz.) — Micax
    Axtı kəndinə açılan mənzərə
    Axtı rayonundakı dağ mənzərəsi
  • Novıy Usur (rus.) / Ts|iyi Usur (ləz.) — Yeni Usur (coğrafi yerləşimi baxımından faktiki olaraq Axtı rayonundan kənarda, Məhərrəmkənd rayonunun mərkəzi hissəsindədir, lakin rəsmi olaraq Axtı rayonuna tabedir)
  • Smuqul (rus.) / Smuq'ular (ləz.)
  • Uxul (rus., ləz.)
  • Fiy (rus., ləz.) (2385 m. hündürlükdə yerləşir, rayonun ən hündür ərazidə yerləşən kəndidir)
  • Xkem (qeyri rəsmi olaraq Novıy Kxem) (rus.) / Kxem/Ts|iyi Kxem (ləz.) — Kxem/Yeni Kxem
  • Xnov (rus.) / Xin (rutulca) (rayonun yeganə rutul kəndi)
  • Xryuq (rus.) / Xu'ru'q (ləz.) — Xruq
  • Yalak (rus.) / Yalax' (ləz.)

Ləğv olunmuş / yox olmuş kəndlər:

Baludja (rus.) / K|uruk|un/K|uruk|nar (ləz.) — Baluca (əhalisi Axtı rayonunun Kurukal və Xasavyurd rayonunun Novıy Kuruş (Yeni Quruş) kəndlərinə köçürülüb)

Qra (rus.) / Qrar (ləz.) (əhalisi Axtı rayonunun inzibati mərkəzi olan Axtı kəndinə köçürülüb)

Djiq-Djiq (rus.) / Çix'iskar (ləz.) (əhalisi Məhərrəmkənd rayonunun But-Kazmalyar (Büt-Qazmalar) kəndinə köçürülüb)

İxir (rus.) / İq'ir (ləz.) (əhalisi Xasavyurd rayonunun Novıy Kuruş (Yeni Quruş), Azərbaycanın Xaçmaz rayonunun NərəcanQusar rayonunun Köhnə Xudat kəndlərinə köçürülüb)

Kaxul (rus.) / K'exu'l (ləz.) (əhalisi Məhərrəmkənd rayonunun Gilyar kəndinə köçürülüb)

Kudçax (rus.) / K'uçaq'ar (ləz.) (əhalisi Axtı rayonunun Kurukal kəndinə köçürülüb)

Lqapirkent (rus.) / Lqar (ləz.) — Lqapirkənd (əhalisi Azərbaycanın Xaçmaz şəhəriQəbələ rayonunun Qəmərvan kəndinə köçürülüb)

Maza (rus.) / Matsar (ləz.) (əhalisi Axtı rayonunun Yeni Usur, Məhərrəmkənd rayonunun Büt-Qazmalar, və Xasavyurd rayonunun Yeni Quruş kəndlərinə köçürülüb)

Qoqaz (qeyri rəsmi olaraq Starıy Qoqaz) (rus.) / Q'u'q'vez/TsIuru Q'u'q'vezar/Vini Q'u'q'vezar (ləz.) - Köhnə Qoqaz (əhalisi Axtı rayonunun Qoqaz/Novıy Qoqaz ((Yeni) Qoqaz) kəndinə köçürülüb)

Starıy Kxem (rus.) / Ts|uru Kxem (ləz.) — Köhnə Kxem (əhalisi Axtı rayonunun Kxem/Yeni Kxem kəndinə köçürülüb)

Usur (rus., ləz.) (əhalisi Axtı rayonunun Yeni Usur kəndinə köçürülüb)

Filidzax (rus.) / Filisk'ar (ləz.) (əhalisi Məhərrəmkənd rayonunun Sovetskoye kəndinə köçürülüb)

Filif-Gyune (rus.) / Filifar (ləz.) — Filifgünə (əhalisi Məhərrəmkənd rayonunun Sovetskoye kəndinə köçürülüb)

Xal (rus.) / X'lar (ləz.) (əhalisi Axtı rayonunun inzibati mərkəzi olan Axtı kəndinə, habelə Doqquzpara rayonunun Avadan, və Azərbaycanın Qusar rayonunun Mucuq kəndlərinə köçürülüb)

Xrax (rus., ləz.) (əhalisi sovet dövründən (Axtı kolxozuna təhvil edilmiş) 2013-cü ilə qədər Rusiya Federasiyası, Dağıstan Respublikası və Axtı rayonunun tabeliyinə verilən Xraxoba (indiki Palıdlı) kəndinə köçürülmüşdü; hazırda bura Azərbaycanın Xaçmaz rayonunun Palıdlı kəndidir)

Xulya (rus.) / X'u'ler (ləz.) (əhalisi Xasavyurd rayonunun Yeni Quruş kəndinə, və Dərbənd yaxınlığında yerləşən Dagestanskiye Oqni (Dağıstan İşıqları) şəhərinə köçürülüb)

Yaldjux (rus.) / Yaltsuq' (ləz.) (əhalisi Məhərrəmkənd rayonunun Sovetskoye kəndinə köçürülüb)

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  3. M. Kırzıoğlu, Osmanlılar‘ın Kafkas-Elleri‘ni Fethi (1451–1590), s. 303
  4. [1] [ölü keçid]
  5. "Administrative Divisions of Countries ("Statoids") : Raions of the Russian Federation". 2013-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
  6. Всероссийская перепись населения 2002 года
  7. "Дагестан республика – Ахтынский район – Населенные пункты". 2012-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
  8. "RussiaOutdoors – Путешествия по России". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
  9. "RussiaOutdoors – Путешествия по России". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
  10. "Этнический состав населения Дагестана !". 2009-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.