Qəmbər Sadıqov

Qəmbər Nəzir oğlu Sadıqov (1901–1937) — Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru, Marksizm-leninizm İnstitutunun direktoru, AK(b)P MK sovet ticarəti şöbəsi müdirinin müavini. Torpaqşünaslıq elmi-tədqiqat institutunun direktoru.[1]

Qəmbər Sadıqov
Qənbər Nəzir oğlu Sadıqov
Doğum tarixi
Doğum yeri Tovuz,
Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR
Vəfat səbəbi güllələnmə
Fəaliyyəti tarixçi

Sadıxova Qeysi Nəsir qızı ilə ailə qurmuşdu. O, 1912-ci ildə Şuşa şəhərində anadan olmuş, Bakı şəhəri Şaumyan küçəsi ev 14, mənzil 25 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Zaur Qəmbər oğlu – 1932-ci il, qızı Sima Qəmbər qızı – 1934-cü il, bacısı Ənvər Nəsir qızı 30 yaş, anası Maya Şükür qızı 60 yaşında. Həyat yoldaşı Sadıqov Qəmbər Nəzir oğlu (1901) Marksizm – Leninizm İnstitutunun direktoru olmuşdur. 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyasının qərarı ilə əks-inqilabi trotski-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir.

Sadıqova Qeysi Nəsir qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən 15 oktyabr 1937-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Uşaqlarının tərbiyəsi ilə baldızı Sadıxova Zəhra Nəsir qızı məşğul olmuşdur. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyanın 19 noyabr 1956-cı il qərarına əsasən Sadıqova Qeysi Nəsir qızına bəraət verilmişdir.

  1. "Arxivlənmiş surət". 2020-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-28.