Qəmbər Əbdül oğlu Zülalov (1895, Şuşa – 1976, Bakı) — Azərbaycan xanəndəsi və aktyoru, Azərbaycan SSR əməkdar artisti (1958).
Qəmbər Zülalov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Uşağı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktyor |
Fəaliyyət illəri | 1917–1975 |
Janr | opera |
Mükafatları |
Atası Əbdül Zülalov 1898-ci ildə vəfat etdikdən sonra onu və böyük qardaşı olan Əli Zülalovu əmisi Əbdülbağı Zülalov (Bülbülcan) himayəsinə götürmüşdür. Onlar bir neçə il Türkmənistanın Aşqabad şəhərində əmisinin yanında yaşamışlar. Müğənniliyə 1917-ci ildə Şuşada başlamışdır. Şirin və məlahətli, yumşaq və orta tembrli səsi vardı. Bir müddət Şuşada xanəndəlik və müğənnilik etdikdən, müəyyən həvəskar tamaşalarında opera və operetta rolları oynadıqdan sonra 1919-cu ildə Bakıya gəlmişdir. 1926–1975-ci illərdə qısa fasilələrlə Azərbaycan Opera Teatrının solisti olmuş, burada Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" operalarında Məcnunun atası, paşa, Nadir partiyalarını ifa etmişdir. Operanın inkişafında göstərdiyi xidmətlərinə görə 26 aprel 1958-ci ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 80 yaşında fəxri təqaüdə çıxmışdır.[1]
Kərbəlayı Əli Zülalov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Gülüş xanım | Əbdül Zülalov | Əbdülbaqi Zülalov | Nisə xanım | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əli Zülalov | Qəmbər Zülalov | Məhəmmədəli Zülalov | Əzizə Məmmədova | Salman | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Solmaz Zülalova | Zemfira Zülalova | Elmira Zülalova | Rüstəm Zülalov | Sona Hacıyeva | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||