Bülbülcan (əsl adı: Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov; 1841, Şuşa, Kaspi vilayəti – avqust 1927, Bakı) — Azərbaycan xanəndəsi.
Bülbülcan | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Əbdülbağı Kərbəlayi Əli oğlu Zülalov |
Ləqəbi | Bülbülcan |
Doğum tarixi | 1841 |
Doğum yeri | |
Vəfat tarixi | avqust 1927 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, xanəndə |
Fəaliyyət illəri | 1875–1927 |
Janr | muğam |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bülbülcan adıyla daha çox tanınan Əbdülbaqi Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür.[1]
1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi.[2] Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi.
1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1927-ci ildə vəfat etdi. Zülalovlar ailəsi bu günə qədər dahi xanəndənin musiqi ənənələrini davam edir. Bülbülcanın qızı, nəvəsi və qardaşı uşaqları da xanəndə oldu.[3]
Kərbəlayı Əli Zülalov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Gülüş xanım | Əbdül Zülalov | Əbdülbaqi Zülalov | Nisə xanım | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əli Zülalov | Qəmbər Zülalov | Məhəmmədəli Zülalov | Əzizə Məmmədova | Salman | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Solmaz Zülalova | Zemfira Zülalova | Elmira Zülalova | Rüstəm Zülalov | Sona Hacıyeva | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |