Qənd çörəyi

Qənd çörəyi

Qənd çörəyi (az.-əbcəd قند چؤرَگی‎) — Qəzvin bölgəsinin yerli və ənənəvi şiriniyyatlarından biri sayılır ki daha çox Novruz bayramında hazırlanır.

Lazım olan ərzaqlar[redaktə | mənbəni redaktə et]

  • 500 q ağ un
  • 250 q şəkər tozu
  • 250 q qatı yağ
  • 1 mürəbbə qaşığı qabartma tozu
  • 1 mürəbbə qaşığı hil tozu

Hazırlanma qaydası[redaktə | mənbəni redaktə et]

Qənd çörəyi hazırlamaq üçün ilk olaraq qatı yağı və hil tozunu əlimizlə hamar olana qədər ovuşdururuq. Az-az şəkər tozu əlavə edib hamar olana qədər qarışdırın. Unu az-az üstünə töküb yaxşı yoğurun. Hazırlanmış xəmir mətbəxdə 4 saat istirahət etsin. Dincəldikdən sonra bir az yoğurub, sonra xəmirdən bir fındıq ölçüsü götürüb və əlinizdə 180 dərəcə bir sobada 15 dəqiqə orta mərtəbədə şirniyyatın rəngi qızıla çalana qədər qoyun qalsın.

Nöktələr[redaktə | mənbəni redaktə et]

Soba qabının yağlanmasına və ya yağdan təmizlənmiş kağıza ehtiyacı yoxdur. Sobanı 20 dəqiqə öncədən yandırın. Heç vaxt qatı yağı əritmirik, niyə ki bərk olmalıdır. Xəmirin yarısını kakao ilə rəngləndirib və çörəyi iki rəngdə hazırlaya bilərsiniz. Şirniyyatları sobaya qoymaqdan öncə bıçaqla naxış salın ki, bişdikdən sonra xəmirdə çiçək açsınlar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Yaşayış görüntüsü