Qərənfil Quliyeva

Qərənfil Quliyeva (d. 13.09.1964 , Bum, Qəbələ rayonu) — əməkdar jurnalist, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, hal-hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosentidir.[2]

Qərənfil Quliyeva
Qərənfil Dünyamin qızı Quliyeva
Doğum tarixi (60 yaş)
Doğum yeri Bum, Qəbələ rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası jurnalistika
Təhsili Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2015 [1]
“Ali media”
  • 1989-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Dövrü mətbuatda ilk çıxış 1974-cü ildə olub, 1984-cü ildən isə müntəzəm çap olur.
  • 1990-1998-ci illərdə “Ədalət” qəzetinin müxbiri işləmişəm.
  • 1998-ci ildə BDU-ya dissertant təyin edilmişdir. 2005-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920-ci illər)” mövzusunda dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2012-ci ildən Mətbuat tarixiideoloji iş metodları kafedrasının elmlər doktoru proqramı üzrə dissertantıdır. “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” adlı mövzu ilə bağlı 1 monoqrafiya, 3 kitab, 2 tədris proqramı və 22 elmi məqalə (onlardan 3-ü xaricdə, o cümlədən biri Tomson Reyter tərəfindən indekslənən jurnalda) çap edilib. Bütövlükdə 6 kitabın, 40 elmi məqalənin, 500-dən çox bədii-publisistik məqalənin müəllifidir. Hazırda “Kaspi”, “Ədalət” qəzetlərində və “İşıq”, “Füyuzat” jurnallarında məqalələri daima çap edilir.[2]

BDU-nun Jurnalistika fakültəsi Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosent Qərənfil Quliyeva İyulun 10-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 saylı sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilmişdir.

Publisistika tarixi

[redaktə | mənbəni redaktə et]

Seçilmiş məqalələri

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Xalq Cümhuriyyəti dövründə jurnalistika ( 1918-1920-ci illər). BDU-nun Xəbərlər toplusu. Bakı, 2008
  • Milli tərəqqi naminə. BDU-nun Xəbərlər toplusu.B., 2007
  • "Bəsirat" qəzeti haqqında. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Filologiya məsələləri" jurnalı. Bakı, 2007
  • Mətnşünas alim. AMEA. "Filologiya məsələləri", Bakı, 2013
  • Ədəbiyyatşünas və mətbuatşünas alim. BDU, "Dil və ədəbiyyat" Beynəlxalq elmi-nəzəri jurnal, Bakı, 2013
  • Mətbuatşünaslıq tariximizdən. BDU-nun xəbərləri. Humanitar elmlər seriyası, Bakı, 2015
  • Azərbaycan mühacirət mətbuatının yorulmaz tədqiqatçısı. Abid tahirlinin biblioqrafik göstəricisi kitabında məqalə. Bakı, 2015
  • Mətbuatşünaslıq tariximizdən.( M.B.Məhəmmədzadənin tədqiqatları əsasında). AMEA N.Gəncəvi adına Ədəbiyyat institutunun "Ədəbiyyat" məcmuəsi, Bakı, 2015
  • Mətbuatşünasılq tariximizin problemləri. T. Şevçenko adına Kiyev Milli Universiteti, "Dil və mədəniyyət" elmi jurnalı, Bakı, 2015
  • Vətənin və millətin şəhid şairi. "Füyuzat" ədəbi, siyasi, ictimai jurnal, Bakı, 2015
  • Dahinin istəyi, qələmin qüdrəti. Elmi-publisistik məqalələr toplusu. Bakı, 2015
  • Sovet dövrü tədqiqatlarda mətbuatşünaslığın metodoloji prinsipləri. BDU-nun Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, № 3, 2016
  • 1920-1930-cu illər sovet dövrü mətbuatşünaslığı. “Müasir medianın yaradıcılıq prinsiplərini milli mətbuata tətbiqi yolları” beynəlxalq elmi-nəzəri konfransın materialları, Bakı. 2017
  • Mətbuatşünaslıq tariximizdən. AMEA-nın Ədəbiyyat İnsti­tutunun “Ədəbiy­yar” məcmuəsi. Elm və təhsil”, Bakı, “2017
  • Nəsil davamı olmasa da amal davamçıları var. “Fü­yuzat”. №4 (96). Bakı, 2017
  • The formation of Azerbaijani press studies. Milton Studies. Journal of the literary theory. Volume 60, 2. E-ISSN 2330-796X. USA, 2017
  • “Mənim tənha söyüdüm”. Bakı, 1998
  • “Düyünlər”. Bakı, 2003
  • Düyünlər. Bədii publisistik əsər. Bakı, 2004
  • Cümhuriyyət dövrü Azərbaycan mətbuatı (1918-1920-ci illər). Bakı, 2005
  • “Cümhuriyyət dövrü Azərbaycan mətbuatı (1918-1920-ci illər)” I hissə. ADPU- nəşriyyatı. Bakı, 118 səh., 2005
  • “Cümhuriyyət dövrü Azərbaycan mətbuatı (1918-1920-ci illər)” II hissə “Elm”. Bakı, 215 səh., 2011
  • “Milli tərəqqiyə doğru” ADPU-nəşr. Bakı, 322 səh., 2013
  • “Mətbuat-nicat yolu” ADPU-nəşr. Bakı, 291 səh., 2013
  • “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatı 1918-1920-ci illər. Bakalavr hazırlığı üçün. Bakı, BDU nəşriyyatı. 2008
  • “Klassik publisistika və müasirlik”. Magistir hazırlığı üçün. Bakı, BDU nəşriyyatı. 2010
  • “Füyuzat jurnalistikası” Bakalavr hazırlığı üçün. Bakı, BDUnəşriyyatı. 2014
  • “Azərbaycan jurnalistikasının tədqiqi məsələləri” Bakalavr hazırlığı üçün. Bakı, BDU nəşriyyatı. 2014[2]
  1. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
  2. 1 2 3 "Quliyeva Qərənfil Dünyamin qızı". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.

2.http://journalism.bsu.edu.az/az/news/jurnalistika_fakltsinin_mllimlri_cmhuriyyt_medal_il_tltif_olunublar