Qərb əl-Əndəlus (ərəb. غرب الأندلس, gharb al-ʼandalus; "Əndəlüsün qərbi") və ya sadəcə əl-Qərb (ərəb. الغرب) — Piriney yarımdasında yaşayan müsəlmanlar tərəfindən 711-ci ildən 1249-cu ilə qədər ərazidə hakimiyyətdə olduqları dövrdə indiki Portuqaliyanın cənubundakı vilayətə və indiki İspaniyanın mərkəzi-qərbi hissəsinə verilən ad. Bu dövr Tariq ibn Ziyadın Piriney yarımadasına hücumundan və burada Əməvilərin nəzarəti bərqərar olmasından sonra Vestqot krallığının süqutu ilə başlamışdır.[1] İndiki Alqarve öz adını bu ərəb adından götürür. Bölgənin 500 minə yaxın əhalisi var idi.[2]