Qərbi Hind adaları federasiyası


Qərbi Hind adaları federasiyası 1958-1962 ci illərdə Karib dənizi hövzəsində Britaniya dəniz kənarı torpaqlarında hökm sürmüş qısa ömürlü siyasi birlik. Federasiya Trinidad və Tobaqo, Barbados, Yamayka, Leeverd və Vinvard adalarının bir araya gəlməsi ilə araya gəlmişdir. Paytaxtı Trinidad və Tobaqonun mərkəzi olan Port of Spein şəhəri idi. Federasiyanin hədəfi bir ölkə halında Britaniyadan ayrılaraq azad olmaq idi. Nəticədə federasiyaya daxil olan adaların bir qismi Aquilla Montserrat, Sayman adaları və Türks və Kaykos adaları xaricində Antiqua və Barbuda, Barbados, Dominika, Qrenada, Yamayka, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər və Trinidad və Taboqo olmaq üzrə Britaniyadan ayrılırlar.

asılı ərazi
Vest-Hind Federasiyası
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
«To dwell together in unity
Birlik içində bərabər yaşamaq üçün
»
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı himni
 
 
 
 
1958 — 1962

Paytaxt Port of Spein
Rəsmi dilləri İngiliscə
Ərazisi 20,239 km²
Əhalisi 3,264,600
İdarəetmə forması konstitusiyalı monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Federasiya illəri və sonrası

[redaktə | mənbəni redaktə et]

Federasiya Britaniyanın Karib torpaqlarında qurulmuş siyasi birlik idi. Hədəf 1962-ci ildə müstəqillik əldə etmək idi, ancaq bu birlik müəyyən çətinliklər səbəbindən varlığını qoruya bilmir. Federasiyanın ən böyük əhalisinə və ərazisinə malik olan Yamayka birliyin siyasi və iqtisadi yükü üzərinə düşməsindən qorxaraq 1961-ci ildə birlikdən cıxır. 1962-ci ildə Yamayka və Trinidad Tabaqo Millətlər Birliyinə üzv olaraq öz müstəqilliyini elan edirlər. 1966-cı ilədə Barbados istiqlaliyyətini elan edir. 1967-ci ildə Antiqua, Dominika, Qrenada, Sent-Lüsiya və Sent-Vinsent adaları Qərbi Hind adalar birliyi dövlətini yaradırlar. Bu birliyin üzvləri daxili məsələlərdə tam azad idilər. 1983-cü ildə Sent-Kits və Nevis azad olur.

İdarə quruluşu

[redaktə | mənbəni redaktə et]

Federal birlik Britaniya valisi tərəfindən idarə edilirdi. Federasiya torpaqlarında Təmsilçilər Məclisi fəaliyyət göstərirdi və 45 nəfər nümayəndəsi vardı. Vali tərəfindən təyin ediliən 19 nəfərlik senat fəaliyyət göstərirdi. Vali Lord Hayles, baş naziri Herbet Adams idi. Federasiyada bir baş hakim və beş hakimdən təşkil olunan ali məhkəmə fəaliyyət göstərirdi.