Qərib Dadaşov

Dadaşov Qərib Kamran oğlu - "Tunel-Metro İnşaat" MMC-nin direktoru, Əməkdar Mühəndis.[1]

Qərib Dadaşov
Qərib Kamran oğlu Dadaşov
"Tunel-Metro İnşaat"
MMC-nin direktoru
Şəxsi məlumatlar
Doğum tarixi (63 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Sumqayıt şəhəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Partiya Yeni Azərbaycan Partiyasının loqosu.png Yeni Azərbaycan Partiyası
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu
İxtisası İnşaatçı-mühəndis

Təltifləri Əməkdar mühəndis
Dini İslam

Həyatı[redaktə | mənbəni redaktə et]

Dadaşov Qərib Kamran oğlu 12 may 1959-cu ildə Sumqayıt şəhərində anadan olub. 1966-1976-cı illərdə Sumqayıt şəhərində 3 saylı məktəbdə orta təhsil almış, 1976-1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun axşam şöbəsində tam kursu bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə texnik kimi başlayan Q. Dadaşov 1977-ci ildən inşaatçı kimi “Azərsənayetikinti” Nazirliyinin 2 nömrəli tikinti trestində çalışmış, 1978-1980-ci illərdə Rusiyanın Novosibirsk şəhərində hərbi xidmətdə olmuşdur.

Hərbi xidmətdən sonra yenidən “Azərsənayetikinti” Nazirliyinin 2 nömrəli tikinti trestində işini davam etdirmiş, sonra köçürmə yolu ilə “Azsantexquraşdırma” trestinin Sumqayıt Quraşdırma İdarəsində usta, iş icraçısı, idarənin rəis müavini vəzifələrində çalışmışdır. O, 1977-1987-ci illər arasında Ceyranbatan Su Kəmərinin tikintisində, Sumqayıtın kimya sənayesi müəssisələrinin – “EP-300”, “Polimer-120”, “Divinil”, “LVJ”, “Lindan” kompleksinin və s. müəssisələrin, Dərin Özüllər Zavodunun, Yeni Bakı Neftayırma zavodunun və digər sənaye müəssisələrinin tikintilərində gərgin əmək sərf etmiş, 1987-1990-cı illərdə Çernobıl qəzasının ləğvi ilə əlaqədar “Slavutiç” şəhərində “Bakı məhəlləsi”nin tikintsində, eləcə də Sumqayıt şəhərində 13-cü və 10-cu mikrorayonlarda, 47-48-ci məhəllələrdə yaşayış komplekslərinin tikintisində çalışmış, Şamaxı rayonunda hərbi obyektlərin tikintilərinə rəhbərlik etmişdir.

Q. Dadaşov 1991-ci ildə “Rəmz-1”kiçik müəssisəsində direktor, 1992-ci ildən 1994-cü ilə qədər Təsərrüfat hesablı Santexelektrikquraşdırma İdarəsi sahəsində rəis, 1994-1996-cı illərdə “Sənaye Santex Quraşdırma” İdarəsində rəis vəzifəsində işləmişdir.

Rəhbər inşaatçı kadr kimi 1996-cı ildən fəaliyyətini “Azərsənayetikinti” Dövlət Şirkətində davam etdirən Qərib Dadaşov 2001-ci ildə “Tunel-Metro İnşaat” MMC özəl şirkətini yaradıb. Onun rəhbərliyi etdiyi şirkət 2001-2010-cu illərdə “Azərtunelmetrotikinti” ASC arasında bağlanan subpodrat müqaviləsi əsasında metro tikintisində sanballı işlər görüb. Məhz bunun nəticəsində o, 2010-cu ildə “Azərtunelmetrotikinti” ASC-nin Xüsusi Hidrotexniki İşlər İdarəsinin rəisi təyin olunub və “Azərtunelmetrotikinti” ASC ləğv olunana kimi bu idarəyə rəhbərlik etmişdir.

Müstəqillik illərində Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının və “28 May” stansiyası üçün yeni çıxışın istifadəyə verilməsində xüsusi xidməti olmuş bu idarə “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül”, “Avtovağzal” və “Əcəmi-2" stansiyalarının tikintisinə öz töhfəsini vermişdir. Təşkilat eyni zamanda 30 noyabr Bakı zəlzələsində ziyan çəkmiş yaşayış evlərinin bərpa və yenidən qurulması layihələrində yaxından iştirak etmiş, paytaxtda 100-ə yaxın obyektin bərpa və gücləndirilmə işlərini həyata keçirmişdir.

Daha sonra Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun vəsaiti və Dövlət Qaçqınkomun xətti ilə salınan məcburi köçkün qəsəbələrinin tikintisində çalışıb. Belə ki, kollektiv 2004-cü ildən başlayaraq Ağdam, Goranboy, Füzuli, Biləsuvar, Beyləqan rayonlarında və digər ərazilərdə salınan qaçqın şəhərciklərinin tikintisində 400-dən çox məcburi köçkün ailəsinin evlə təmin olunmasında yaxından iştirak etmişlər. Həmçinin, Goranboy şəhəri ərazisində məcburi köçkünlər üçün salınan məhəllədə 45 mənzilli 5 mərtəbəli yaşayış binasını, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məcburi köçkünlər üçün salınan yaşayış qəsəbələrinin tikintisində qaz təchizatı sistemlərinin çəkilişini, Goranboy rayonunun ərazisində 60 mənzilli yaşayış evinin tikintisini həyata keçirmişlər.

Qərib Dadaşovun təsisçisi və rəhbəri olduğu “Tunel-Metro İnşaat” MMC-nin fəaliyyəti yüksələn xətt üzrə inkişaf etmişdir. Özəl tikinti müəssisəsi yarandığı vaxtdan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə həyata keçirilən məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin və hündürmərtəbəli yaşayış evlərindən ibarət məhəllələrin tiknttsi tenderlərində iştirak etmiş və bir qayda olaraq tikintiləri aparmaq hüququ qazanmışdır.

2001-2010-cu illərdə “Tunel-Metro İnşaat” MMC ilə “Azərtunelmetrotikinti” ASC arasında bağlanan subpodrat müqaviləsi əsasında metro tikintisində çox böyük işlər görülmüşdür.

Tikintisinə rəhbərlik etdiyi obyektlər[redaktə | mənbəni redaktə et]

“Həzi Aslanov” metro stansiyasında havalandırma, isitmə, su, kanalizasiya sistemlərinin çəkilişi; Bakı şəhərinin Nəsimi, Xətai və Nərimanov rayonlarında istilik şəbəkəsinin yenidən qurulması işləri; Lənkəran şəhərində sürüşmədən zərər çəkmiş 5 mərtəbəli yaşayış binasının bərpası; Yasamal rayonunda məcburi koçkünlərin yaşayış binasının bərpası; Ağdam rayonunun "Bənövşələr " qəsəsəbəsində 189 fərdi yaşayış evi; Biləsuvar rayonunda 88 fərdi yaşayış evi; Füzuli rayonu I saylı qəsəbədə sosial obyektlər, 59 saylı qəsəbədə 88 fərdi yaşayış evi; Goranboy rayonunun ərazisində 596 məcburi köçkün ailəsi üçün inşa edilən qəsəbənin qaz təchizatı; Binəqədi rayonunda 364 məcburi köçkün ailəsi üçün inşa edilən məhəllədə 9 mərtəbəli, 63 mənzilli yaşayış evi; Goranboy rayonu ərazisində 45 mənzilli 5 mərtəbəli yaşayış evləri; Ağcabədi rayonu ərazisində - 552 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı; 556 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı; Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı; Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı; Bərdə rayonu ərazisində 195 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı; Qaradağ rayonu ərazisində 1410 məcburi köçkün ailəsi üçün salınan qəsəbədə 40 mənzilli yaşayış binası; Masazır qəsəbəsində məcburi köçkün ailələri üçün tikilən 758 mənzilli yaşayış binalarının qaz təchizatı; İmişli rayonu ərazisində 550 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı və bu qəsəbədə 50 ədəd fərdi yaşayış evi; Qaradağ rayonu ərazisində qaz təchizatı; Gəncə şəhəri ərazisində 1500 məcburi köçkün ailəsi üçün tikilən qəsəbədə 5 mərtəbəli, 60 mənzilli yaşayış binalarının tikintisi və qəsəbənin qaz təchizatı; Qaradağ rayonu, Ümid qəsəbəsində 500 mənzilin qaz təchizatı layihələri; Ağdam rayonu ərazisində 632 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı; Bərdə rayonu ərazisində 588 məcburi köçkün ailəsi üçün salınan qəsəbənin qaz təchizatı; Beyləqan rayonunda 320 məcburi köçkün ailəsi üçün salınan qəsəbənin qaz təchizatı; Mingəçevir şəhərində 594 məcburi köçkün ailəsi üçün salınan qəsəbənin qaz təchizatı, Saatlı rayonu ərazisində 230 məcburi köçkün ailəsi üçün salınan qəsəsbənin qaz təchizatı; Göygöl rayonu ərazisində 600 məcburi köçkün ailəsi üçün salınan qəsəsbənin qaz təchizatı və 47 ədəd fərdi yaşayış evinin tikintisi; Qazax rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün salınan qəsəsbənin qaz təchizatı, istilik şəbəkəsi, qazanxana və servis binasının tikintisi; Şirvan şəhəri ərazisində məcburi köçkün ailələri üçün 1ədəd 3 mərtəbəli 21 mənzilli yaşayış binasının tikintisi; Sabirabad rayonu ərazisində 440 məcburi köçkün ailəsi üçün salınan qəsəbənin qaz təchizatı; Zaqatala rayonu ərazisində 135 məcburi köçkün ailəsi üçün zərurı sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində qaz təchizatı sisteminin tikintisi və sair.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, üç övladı, iki nəvəsi var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Qərib Dadaşov 09 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüşdür.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) kitabı. II cild, səhifə: 56-58.
  2. "İnşaat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2015-ci il tarixli, 1166 nömrəli Sərəncamı" (az.). president.az. 9 iyun 2016. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-09.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]