Qəsr-Qədir

Qəsr-Qədir (ərəb. قصر قدور‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Tinərkuk dairəsinin bir hissəsidir.

Qəsr-Qədir
قصر قدور
29°34′39″ şm. e. 0°22′26″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 332 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.742 nəf. (2008)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 01035
Xəritəni göstər/gizlə
Qəsr-Qədir xəritədə
Qəsr-Qədir
Qəsr-Qədir

Coğrafi mövqe[redaktə | mənbəni redaktə et]

Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimal hissəsində, paytaxt Əlcəzairdən təxminən 825 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 332 metrdir.[1] Qəsr-Qədir kommunası Bəşar vilayətinin Tinərkruk, Uled-Səid, Uled-Aysa və Kərzaz kommunaları ilə həmsərhəddir. Sahəsi 8113 km2-dir.

İqlim[redaktə | mənbəni redaktə et]

Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində düşən atmosfer yağıntılarının səviyyəsi son dərəcə aşağıdır (orta illik miqdarı – 25 mm). Orta illik temperatur 23,7-dir °C.[2]

Əhali[redaktə | mənbəni redaktə et]

2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 4,742 nəfər idi. Kişilər əhalinin 51,67%-ni, qadınlar isə müvafiq olaraq 48,33%-ni təşkil edirdi.[3] Qəsr-Qədir sakinlərinin 1,8%-i ali, 5%-i orta təhsilli idi.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ksar Kaddour" (ingilis). GeoNames. 2018-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-27.
  2. "Climate: Ksar Keddour" (ingilis). Climate-Data.org. İstifadə tarixi: 2017-09-27.
  3. "Population résidente des ménages ordinaires et collectifs (MOC) selon la commune de résidence et le sexe et le taux d'accroissement (1998-2008)" (PDF) (fransız). Office national des statistiques. 2011-12-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-27.
  4. "Structure relative de la population résidente des ménages ordinaires et collectifs âgée de 6 ans et plus selon le niveau d'instruction et la commune de résidence" (PDF) (fransız). Office National des Statistiques Algérie. 2011-11-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 July 2013.