Qətl günü (roman)

Qətl günüYusif Səmədoğlunun müəllifi olduğu tarixi-psixoloji roman.

Qətl günü
Müəllif Yusif Səmədoğlu
Janr Tarixi roman
Orijinalın dili Azərbaycan dili
Orijinalın nəşr ili 1987
Nəşriyyat "Qanun" nəşriyyatı
Səhifə 270
Tiraj 1000
ISBN 978-9952-26-668-9

"Qətl günü" romanı Azərbaycan ədəbiyyatında Şərin bədii obrazını yaratmış ən güclü əsərlərdən biridir. Roman üç süjet xəttinə malikdir, əsərdə üç ayrı-ayrı dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə insanın faciəsi magik realizm üslubunda qələmə alınıb.

Müəllif Qacar işğalıyla 37-ci il repressiyası arasında paralellər apararaq, çox maraqlı nəticələrə gəlib çıxır. Taleyin kəskin dönümlərində həyatın əbədi sualları qarşısında qalan adamların faciəsi və çətin ömür yolu "Qətl günü" romanının əsas mövzusudur. Ədəbiyyatşünaslar "Qətl günü" romanını Azərbaycan nəsrinin yeni mərhələsi hesab edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]