Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. |
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Heydərov Qaçay Nəzər oğlu — Azərbaycan iqtisadçısı. Yazar.[1]
Qaçay Heydərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gürcülü, Qubadlı |
Vəfat tarixi | (70 yaşında) |
Dəfn yeri | Bakı şəhəri |
Atası | Nəzər Heydərov |
Fəaliyyəti | alim |
Qaçay Heydərov 16 yanvar 1920-ci ildə Qubadlı rayonunun Gürcülü kəndində anadan olub. O, anadan olandan bir həftə sonra anasını itirib. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirməsinə baxmayaraq iqtisadiyyat elmi ilə məşul olmuşdu. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "İqtisadi tarix" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor idi.
İkinci Dünya Müharibəsində iştirak etmiş və oradan şikəst qayıtmışdı. O, bir neçə monaqrafiyanın müəllifi idi, bununla yanaşı həm də şeirlər yazırdı.
Qaçay Heydərov 1990-cı il 10 iyunda vəfat edib.
Tanınmış ictimai xadim, professor Qaçay Heydərovun 100 illik yubileyi qeyd olunub