Gürcülü — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd.[1]
Gürcülü | |
---|---|
39°25′36″ şm. e. 46°27′54″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Ehtimala görə burada mülkədarlar gürcü əsirlərini öz torpaq sahələrində işlətmiş, sonralar onlar burada məskunlaşdıqdan sonra, kənd Gürcülü adlandırılmışdır.[2]
Gürcülü kəndi Bərgüşad silsiləsinin yamacında yerləşir.
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Gürcülü kəndində 18 evdə 92 şiə kürd yaşayırdı.[3]
Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |