Qaşqarlılar (uyğ. қәшқәрлиқләр) — uyğurların ən böyük etnoqrafik qrupu. Uyğur dilinin mərkəzi dialektinin Qaşqar dialektində danışırlar. Antropoloji cəhətdən daha çox Qafqazoid irqinin Pamir-Fərqanə tipinə aiddirlər, aralarında Hind-İran tipinin nümayəndələri də vardır.[1][2] Ümumi sayı 25 milyona yaxındır, onlar əsasən Qaşqar vahəsində yaşayırlar, Urumçi, Külcə, Karamay şəhərlərində də çoxlu qaşqarlı yaşayır, Orta Asiya ölkələrinin uyğur icmalarında, əsasən Bişkek, Daşkənd, Fərqanə vadisində yaşayanlar, eləcə də Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Aİ ölkələri, ABŞ, Avstraliya və Kanadada yaşayan uyğurların çoxu qaşqarlıların soyundan gələndir.
Qaşqarlılar |
---|
Hal-hazırda saylarına baxmayaraq, qaşqarlılar Sincan-Uyğur Muxtar Rayonunda yerli və partiya hakimiyyət orqanlarında zəif təmsil olunur. Qaşqarlıların əsas hissəsi kənd təsərrüfatında və sənayedə az maaşlı işlərdə çalışırlar. Həmçinin, qaşqarlıların böyük bir hissəsi kiçik və orta biznesdə, Çin ilə Mərkəzi Asiya ölkələri və Pakistan arasında irimiqyaslı topdansatış ticarətində, Çinin daxili şəhərləri ilə ticarətdə, ÇXR-in daxili əyalətlərində, fabriklərdə və zavodlarda işləyirlər. 2009-cu ildə Quandundakı oyuncaq fabrikində qaşqarlı işçilər ilə münaqişə yaranmış, iğtişaşılar sonradan Sincan şəhərlərinə yayılmışdır.