Myricaria germanica (lat. Myricaria germanica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin çayyovşanı cinsinə aid bitki növü.
Myricaria germanica | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Myricaria germanica |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Krım, Qafqaz, Orta Asiya, Qərbi və Şərqi Sibir, İran, Himalay və Şimali Çində təbii arealı vardır.
Qoca budaqların qabığı bozumtul-qonur, birillik zoğların qabığı sarımtıl-yaşıldır. Yarpaqları xətvarı-uzunsov, xırdа, uzunluğu 1,5-5 mm, eni 0,5-1 mm, biz, bir az içəriyə burulmuş, bünövrəsi enli, oturaq, rəngi göyümtül-yaşıldır. Çiçək salxımları yan, illik budaqlardа inkişaf edir. Çiçək salxımları sıx, sünbülvarı, uzunluğu 5-10 sm, eni 1-1,3 sm olub, bünövrəsi çoxsaylı, enli, yumurtavarı, küt pulcuqludur. Çiçək saplaqlarının uzunluğu 2-3,5 mm-dir. Çiçəkaltlıqları yumurtavarı, ellipsvarı, uzunluğu 5–10 mm, eni 2–5 mm-dir. Çiçəkaltlıqlarının orta hissəsi enli, kənarları bütöv, ucu kütdür. Kasacığın uzunluğu 3–4 mm arasında olur və hissələri uzunsov-yumurtavaridir. Erkəkcik saplaqları aşağı hissəsində öz uzunluğunun 2/3 hissəsinədək borucuğa bitişmişdir. Erkəkcik saplaqları sərbəst hissəsində aşağıdan enliləşmişdir. Yumurtalığı piramidal, uzunluğu təxminən 5 mm, başcıq oturaq dişicik ağızlıdır. Qutucuğu uzunsov-piramidal, uzunluğu 7–10 mm, eni 3 mm, 2-2,5 dəfə kasacıqdan uzundur. Toxumları uzunsov, xırda, uzunluğu təxminən 1 mm, yarısından yuxarı hissəsi ağ tükcüklərlə örtülmüşdür. May-iyun aylarında çiçəkləyir.
Çayların vadilərində, qumluqlarda bitir, dağ yamaclarındа 3200 m hündürlüyədək qalxır. Təbiətdə generativ və vegetativ yolla çoxalır. Başlıca olaraq insan fəaliyyətidir. Mədəni şəraitdə nəbatat bağlarında becərilir. Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın nadir bitkisidir və arealı geniş deyildir. Dağlıq Qarabağ, Ağdam, Bərdə rayonları ərazilərində təbii halda yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi zəruridir.
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Bаşlıcа оlаrаq insаn fəаliyyətidir.
Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.
Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.