Qabes [1] Tunisin Qabes vilayətinin mərkəz şəhəridir.Qabes 152.921 əhali ilə Tunisin ən böyük 6-cı şəhəridir.Qabes [2] paytaxt Tunisə 327 km,Sfaksa isə 113 km uzaqlıqda Qabes körfəzinin sahilində yerləşir.
Qabes | |
---|---|
33°52′53″ şm. e. 10°05′54″ ş. u. | |
Ölkə | Tunis |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1 m |
Əhalisi | |
Əhalisi | 152.921 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 6000 |
Digər | |
commune-gabes.gov.tn | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər Roma dönəmindən mövcud olmuşdur.Şəhər haqqında Strabon və Plini kimi tarixçilər məlumat vermişdir.Bir müddət sonra öz əhəmiyyətini itirən şəhər yepiskoplar üçün bir məntəqəyə çevrilmişdir.
Şəhərdə Qabes üniversiteti yerləşir.
Qabes Tunisin ən böyük sənaye şəhərlərindən biridir.Sənaye sahələrinin əsası kimya sənayesinə aitdir,buna görə də şəhərdə yerləşən Qabes Üniversiteti Tunisdəki ən yaxşı kimya dərəcələrini təklif edir.Əsas sənaye məhsulları:
Sürətlə artan fabrika sayı bölgənin və Qabes körfəzinin ciddi şəkildə ekoloji çirklənməsinə səbəb olur.Hökumət son illərdə çirklilik miqdarını azaltmaq üçün layihələr və qanunlar üzərində işləyir.
Şəhərə Matmata Beynəlxalq Hava Limanı xidmət edir. Şəhərdə ola biləcək ən dar dəmiryolu xətləri (1000 mm-lik) mövcuddur.Şəhərdən keçən dəmiryolu xətti Liviya sərhəddindəki Ras Əjdər qəsəbəsinə qədər uzanır.Qabes Tunisin ən böyük limanlarından da birinə sahibdir.Əsasən Qafsa şəhərindən mədən məhsulları tədarükü üçün istifadə olunur.
Qabes subtropik iqlimin Aralıq dənizi tipinin səciyyəvi olduğu bir ərazidə yerləşir[3].Burada qışlar nisbətən yağıntılı və mülayim ,yay isə isti və quru keçir.
Qabes bazarları,plajları və qeyri adı dəniz kənarı vahəsi ilə tanınır.Ən yaxşı plajı şəhərin cənubundakı Lemaya plajıdır.Hökumət burada turizm bölgəsi inşa etməyi planlayır.Qabesin dünyada bənzəri olmayan bir özəlliyi var.Burada dağ,dəniz,vahə və çöl tapa bilərsiniz.Şəhər Ramazan ayında canlanır.Burada ən çox ziyarət edilən yer Matmata qəsəbəsidir.