Qabil Əliyev (riyaziyyatçı)

Qabil Qəribxan oğlu Əliyev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi ritaziyyat şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor.

Qabil Əliyev
Qabil Qəribxan oğlu Əliyev
Doğum tarixi (88 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi mexanika
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
İş yerləri Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu
Təhsili Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1963–1966-cı illərdə AMEA Riyaziyyat və mexanika institutunun aspirantı, 1966-cı ildə akademik A.A.İlyuşinin rəhbərliyi altında "Устойчивость нелинейно упругих армированных цилиндрических оболочек при натяжении связей" mövzusunda AMEA Riyaziyyat və Mexanika Elmi şurasında elmlər namizədi elmi dərəcəsini almaq üçün dissertasiyanı müdafiə etmişdir.1967–1979-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktorantı olmuş və 1980-ci ildə "Теоретические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение" mövzusunda, akademik A.A.İlyuşinin rəhbərliyi altında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi şurasında doktorluq dissertasiyanı müdafiə etmişdir. 1961-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyir..1985-ci ildən professordur. Hal hazırda Tətbiqi Riyaziyyat şöbəsinin müdiridir.

Təhsili[redaktə | mənbəni redaktə et]

1957–1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsi,tələbə

1963–1966-cı illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutu, aspiant

1967–1979-cu il Moskva Dövlət Universiteti, "Bərk Cisim" kafedrasında, doktorant

Elmi dərəcələri, elmi adları[redaktə | mənbəni redaktə et]

1966-cı il- Fizika-riyaziyyat elmləri namizədi.(20.02.01-Deformasiya olan berk cisim mexanikası)

Dissertasiyanın adı: "Устойчивость нелинейно-упругих армированных цилиндрических оболочек при натяжении связей"

1980-ci il Moskva Dövlət Universiteti, fizika-riyaziyyat elmləri doktoru.(20.02.01-deformasiya olan bərk cisim mexanikasıeхanikası).

Dissertasiyanın adı:"Теоритические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение" 1985-сi il -mexanika ixtisası üzrə professor.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

•1961–1963-cü illərdə elmi işçi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda,

1967–1970-ci illərdə böyük elmi işçi.

•1970–1992-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Kompozit mexanikası" şöbəsinin müdiri,

•1992–2007-ci illərdə Türkiyənin Marmara Universitetinin və Niqde Universitetinin Fən-Ədəbiyyat Fakultəsinin professoru,

•2007-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və mexanika institutunun "Tətbiqi Riyaziyyat"şöbəsinin müdiridir.

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədr müavini;
  • AMEA-nın RMİ-nin nəzdindəki doktorluq dissertasiya şurasının üzvü.

Mükafatları[redaktə | mənbəni redaktə et]

• Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanı(2010-cu ildə),

• SSRİ ixtiraçısı Fəxri döş nişanı(1984),

• Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezerin təşəkkürü(2002),

• 2013-cü ildə Avropa nəşr Mətbu Evi tərəfindən "Ən yaxşı vətənpərvər tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunub.

• 2016-cı ildə Rusiya Federasiya Təbiət Elmlərinin Birlikləri Akademiyasının müxbir üzvü seçilmişdir,

• 2016-cı ildə Rusiya Federasiya Təbiət Elmlərinin Birlikləri Akademiyasının Böyük Pyotr ordeni ilə təltif olunub.

• 2017-ci ildə Azərbaycan kütləbi informasiya Həmkarlar İttifaqı tərəfindən "İlin Alimi" medalı ilə təltif olunub

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Elmi maraq dairələri[redaktə | mənbəni redaktə et]

• lifli armirlənmiş cisimlər və kompozit materiallar mexanika nəzəriyyəsi,

• materialın fiziki-kimyəvi xassələrinin dəyişməsini nəzərə almaqla,polimer və kompozit materialların eksperimental-nəzəri mexanikasının nəzəriyyəsi,

• kiçik ölçülü sistemlərdə kvant-mexanik effektlər nəzərə almaqla mayelərin hidrodinamika nəzəriyyəsi

Əsas elmi nəticələri[redaktə | mənbəni redaktə et]

• armirlənmiş cisimlər və kompozit k qeyri metal boruların layihələndirilməsinin nəzəri əsasları və onların tətbiqi;

• fiziki-kimyəvi xassələrinin dəyişkənliyi nəzərə alınmaqla, polimer materiallardan hazırlanmış laylı və armirlənmiş konstruksiyaların möhkəmlik nəzəriyyəsi;

• materıalın fiziki-kimyəvi xassələrinin dəyişməsini nəzərə almaqla, polimerlərin, kompozit materialların, həmçinin polimerləşdirilmiş liflər dəstəsinin fiziki-mexaniki xassələrini öyrənmək üçün eksperimental- nəzəri metod təklif edilmişdir;

• polimer materialın fiziki-kimyəvi xassələrinin dəyişkənliyini nəzərə almaqla ümumiləşmiş Huk qanunu təklif edilmişdir;

• konstruksiya laylarının fiziki-kimyəvi xassələrinin dəyişkənliyini nəzərə almaqla, laylı və çoxlaylı armirlənmiş boruların adqezion möhkəmlik kriteriyası təklif olunmuşdur;

• materialların şişmə effektini nəzərə almaqla birölçülü konstruksiya elementlərinin dayaniqlıq kriteriyası təklif edilmişdir;

• yeni mexaniki effektlər aşkar edilmişdir: materialın şişmə effektini nəzərə almaqla, polimer materialın kütləvi qüvvələrinin dəyişkənliyi; yalnız materialın şişmə effektinin təsiri altında çubuğun qabarması; bir neçə polimer materialın birgə deformsiyasının layların şişmə xarakterindən asıllığı-mexaniki effekti eksperimental və nəzəri təyin edilmişdir;

• kimyəvi dəyişkən mühitlərdə elektromaqnit xassələrinin dəyişmə mexanizmi öyrənilmişdir;

• elektromaqnit xarakteristikalarının (ε, μ, λ) 2 komponentli mayelərin kimyəvi dəyişkənlik xarakterindən riyazi asılılığı müəyyən edilmişdir;

• ümumiləşmiş Maksvell tənliyı, yəni kimyəvi dəyişən mühitlərdə elektromaqnit dalğalarının yayılması tənliyi təklif olunmuşdur;

• Kiçik ölçülü sistemlərdə kvant-mexanik effektlər nəzərə almaqla hidrodinamika nəzəriyyəsi yaradılıb.

• Kiçik ölçülü sistemlərdə bir çinsli mayenin deyri çinsli mayeyə çevrilməsi səbəbi aşkar edilib; mayenin mexanik özəllikləri fiziki mühitdən aslılığının riyazi-fizik modeli təklif edilib; kvant-mexanik effektlərinin təsirini nəzərə almaqla ideal və özlü mayelərinin hidrodinamik tənliklər qurulub.

Əsərləri, Monoqrafiyalar[redaktə | mənbəni redaktə et]

  1. Алиев Г.Г. Основы механики армированных гибких труб "ЭЛМ" НАНА, г.Баку,1987 г.
  2. Алиев Г.Г. Упруго-пластические деформации многослойно-армированных толстостенных цилинров. НПО "Космических исследований",Баку,1988г.
  3. Алиев Г.Г. Сопротивление полимерных и композиционных материалов с учетом изменения их физико-химических свойств.Изд.Азерб.Гос.Нефтяная Академия, г.Баку, 1994г.
  4. Aliyev G.G. Kısmı Türevli Diferensiyel Denklemler. Milli Egitim Bakanlıqı Yayınları −2962, "Bilim ve Kültür Eserleri Dizisi- №4, İstanbul-1995
  5. Aliyev G.G. Polimer ve Kompozit Malzemelerin Fiziko-Kimyasal Özellikleriyle Degişim Teorisi. Milli Egitim Bakanlıqı Yayınları-2963, "Bilim ve Kültür Eserleri Dizisi-871", Egitim Dizisi-№5, İstanbul-1995
  6. Aliyev G.G. Matematigin Fizik ve Muhendislige Uyqulamaları.Niğde Universiteti Yayınları,№2, İstanbul,1998
  7. Aliyev G.G. Kompozit Maddələr Mekaniqin Matemфtik Temelleri. Niğde Universiteti Yayimları №2, Fen-Edebiyat Fakültesi Matematik Bölümü Yayınları, №2,İstanbul,1998
  8. Aliyev G.G. Özel Fonksiyonlar. Niğde Universiteti Fen-Edebiyat Fakültesi Matematik Bölümü Yayınları, №3,Ankara,2000
  9. Aliyev G.G. 21 Asrın Temel Bilimleri(Doğanın Gerçek Fiziksel Temel Bilimleri). Niğde Universiteti Fen-Edebiyat Fakültesi Matematik Bölümünü, Özel Bilimsel Dizi №1,1999
  10. Алиев Г.Г. Основы механики полимерных и композитных материалов с учетом изменения физико-химических свойств. "ЭЛМ" НАНА,2012г.
  11. Aliyev G.G.,Naqiyev F.B.Engineering Mechanics of Polymeric Materials. USA, CPC Press, Taylor and Frencis Group. 2013.
  12. Алиев Г.Г.,Алиев А.Г. Теоретические основы гидродинамики в низкоиерных системах (Гидродинамика с учетом квантово-механических эффектов). LAP LAMBERT Akademic Publishing, Германия, 2016г.

Məqalələr[redaktə | mənbəni redaktə et]

150-dən çox elmi məqalənin müəllifidir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]