Qabtali upazilası

Qabtali upazilası (benq. গাবতলী উপজেলা) — Banqladeşin Rayşahi regionunun Boqra əyalətində yerləşən upaziladır. Qabtali upazilası 1914-cü ildə təsis olunmuşdur və 1983-cü ildə upazilaya çevrilmişdir. Upazila onun inzibati mərkəzi olan Upazila şəhərinin adını daşıyır.

Upazila
Qabtali
গাবতলী
24°53′00″ şm. e. 89°27′00″ ş. u.
Ölkə  Banqladeş
Region Rayşahi
Rayon Boqra
Tarixi və coğrafiyası
Əsası qoyulub 1914
Sahəsi 239.61 km²
Mərkəzin hündürlüyü 18 m[1]
Saat qurşağı UTC+6
Əhalisi
Əhalisi 319.588 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Poçt indeksi ৫৮২০
gabtali.bogra.gov.bd
Xəritəni göstər/gizlə
Qabtali xəritədə
Qabtali
Qabtali
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Qabtali upazilasının ümumi sahəsi 239,61 kvadrat kilometrə bərabərdir. Upazila Şibqany upazilasından şimalda, Sonatala upazilasından şimalda və şərqdə, Sariakandi upazilasından şərqdə, Dunat upazilasından cənubda, Şayahanpur və Boqra Sadar upazilalalarından qərbdə yerləşmişdir.[2]

Demoqrafiya[redaktə | mənbəni redaktə et]

Qabtali
Demoqrafiya
İl Əhali İllik artım(%)
1981 229,000
1991 266,000 +16.2%
2001 290,000 +9.0%
2011 320,000 +10.3%

2011-ci ildə Banqladeşdə əhalinin siyahıya alınmasına görə Qabtali upazilasının əhalisini 319588 nəfər təşkil edir. Əhalinin 83411 nəfəri kənd təsərrüfatı ilə məşğul olur. Urbanizasiya səviyyəsi 6.7%-ə bərabərdir. Əhalinin 9.8% -ini 5 yaşından aşağı şəxslər təşkil edir. Savadlılıq səviyyəsi (7 yaş və ondan yuxarı) 46.6%-dir. Əhalinin milli tərkibinin 51.8%-ini yerli xalqlar təşkil edir.[3]

İnzibati bölgüsü[redaktə | mənbəni redaktə et]

Qabtali upazilası Qabtali bələdiyyəsi və 11 müttəfiq parişada bölünür. Parişadlar bunlardır: Baliya Digi, Dakşinpara, Durqahata, Qabtali, Kaqail, Mahişaban, Naruamala, Nasipur, Nepaltali, Rameşvarpur və Sonaray. Parişad ittifaqları 103 mauzaya və 211 kəndə bölünür.

Qabtali bələdiyyəsi 9 palataya və 21 mahala bölünür.

Nəqliyyat[redaktə | mənbəni redaktə et]

Dəmir yolu stansiyaları Qabtali və Sukanpukur upazilalarını Santahar və Kauniya upazilaları ilə birləşdirməyə imkan yaradır. Upazila 2014-cü ilin iyul ayında altı və ya səkkiz şəhərdaxili və altı poçt gündüz qatarları ilə təchiz edilmişdir.[4]

Təhsil[redaktə | mənbəni redaktə et]

Qabtali upazilasında doqquz kollec fəaliyyət göstərir. Qabtali Hökumət Kolleci yeganə dövlət kolleci hesab olunur. Özəl kolleclərə isə Durqahatta Dərəcəsi Kolleci, Şahid Ziya Dərəcəsi Kolleci, Taranir Hat Dərəcəsi Kolleci və Taslim Uddin Tarafder Dərəcəsi Kolleci daxildir. Şuxan Pukurda yerləşən Syed Əhməd Kolleci upazilada öz səviyyəsinə görə digər kolleclərdən fərqlənən yeganə kollecdir.

Mədrəsə təhsil sisteminə üç fazil mədrəsəsi daxil edilmişdir.[5]

Görkəmli şəxsiyyətləri[redaktə | mənbəni redaktə et]

Ziaur Rahman — Banqladeş Prezidenti. (1977-1981) Öz uşaqlığının çox hissəsini Qabtali upazilasında yerləşən Baqbari kəndində keçirtmişdir.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. GeoNames (ing.). 2005.
  2. "Gabtali Map". 10 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 July 2014.
  3. "Population and Housing Census 2011: Bangladesh at a Glance" (PDF). Bangladesh Bureau of Statistics. July 28, 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: July 21, 2014.
  4. "Bogra Schedule". Bangladesh Railways. February 18, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2014.
  5. "List of Institutions". Ministry of Education. October 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2014.
  6. Emajuddin, Ahamed. Rahman, Shahid Ziaur // Islam, Sirajul; Jamal, Ahmed A. (redaktorlar). Banglapedia: National Encyclopedia of Bangladesh (Second). Asiatic Society of Bangladesh. 2012. 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-06.