Qacar dövrü incəsənəti — 1781-1925-ci illərdə mövcud olmuş Qacarlar dövlətinin incəsənəti. Ağa Məhəmməd şah Qacar və xələflərinin dövründə nisbi sülh şəraiti incəsənətin inkişafına səbəb olmuşdur. Məşhur Azərbaycan rəssamı Mirzə Qədim İrəvani bir çox əsərini bu üslubda çəkmişdir.
1988-ci ildə çəkilmiş "Aşıq Qərib" filmində Qacar miniatür məktəbi nümunələrindən istifadə edilmişdir.[1]