Dərviş (İrəvani)

DərvişXIX əsr Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm, İrəvaninin erkən yaradıcılıq dövrünə aiddir. Rəsm şüşə üzərində yağlı boya ilə çəkilib. Hal-hazırda rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

Dərviş
Rəssam Mirzə Qədim İrəvani
Tarixi XIX əsrin I yarısı
Üslubu portret
Texnikası şüşə, yağlı boya
Saxlanıldığı yer Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı

İncəsənət muzeyinin inventar kitabında bu rəsm “Kişi” adı ilə qeyd edilib.[1] Hal-hazırda "Dərviş" adlandırılır. Dərviş tamamilə yaşıl fonda təsvir edilib. Onun bədəni qabaqdan, üzünün dörddə üçü, ayaqları isə tam profildə təsvir edilib. Dərvişin üzü gənc və saqqalsızdır, sağ yanağında xalı var. Miklaşevskaya həmçinin qeyd edir ki, üz ifadəsinə bic-bic baxan gözlər əlavə edilib. Dərvişin qara saçları düz daranıb və onun çiyinlərinə qədər uzanır.[1]

Dərviş qırmızı paltar geyib. Yaxalıq, başmaqlar, kəmər və sivri papaq yaşıl rəngdə təsvir edilib; geyim və papaq qızılla bəzədilib. Onun sağ əli üzərindən zolaqlı şərf keçir. Bu əlində dərviş təbərzin tutur. Dərvişin sol əlində isə kəşkül var. Bu əşyalar bir dərviş üçün vacib ləvazimatlardır. Dərvişin papağının ortasında isə ərəb əlifbası ilə “Allah” yazısı var.[2]

Sənətşünas Natalya Miklaşevskayaya görə bu rəsmin çəkilmə texnikası Mirzə Qədim İrəvaninin şüşə üzərindəki digər rəsmi — “Rəqqasə” ilə oxşarlıq təşkil edir.[2] Rəsm günümüzə qədər yaxşı vəziyyətdə gəlib çatıb.[2]

  • Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М. — Искусство Азербайджана. — Баку, 1954. — Т. IV.