Qacar hamamı

Qacar hamamı (fars. حمام قجر‎)- İranın Qəzvin şəhərində yerləşən Səfəvi dövrü memarlıq abidəsi. Hamam 1647-ci ildə Şahın sifarişi əsasında Əmirgunə xan Qacar tərəfindən tikdirilmişdir. Abidənin bir digər adı Şah hamamıdır. [4]

Qacar hamamı
fars. حمام قجر
36°16′21″ şm. e. 50°00′03″ ş. u.
Ölkə
Yerləşir Qəzvin şəhristanı[1][2]
Aidiyyatı Səfəvi imperiyası
Tikilmə tarixi 1647
Üslubu Səfəvi memarlığı[d][2]
Sahəsi
Material Kərpic[2], mərmər[3], Kaşı[2]
Vəziyyəti stabil
Rəsmi sayt qajarmuseum.com
Xəritədə yeri
Map
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Strukturu[redaktə | mənbəni redaktə et]

Hamamın sahəsi 1045 m² və iki bölmədən ibarətdir: kişi və qadın bölmələri. Hamamın girişindəki yazıda hamamın memarlıq prinsiplərinin ənənəvi təbabətə uyğun olduğu bildirilir. Ətrafındakı binalardan daha aşağı mövqedə yerləşən hamama giriş pillləkənlər vasitəsilədir.

Abidə struktur etibarilə üç əsas hissədən ibarətdir: Sərbinə, Miandar, Gərmxanə. Abidənin qapısı cənuba açılsa da hamamın qərb hissəsində qadınların istifadəsi  üçün nəzərdə tutulan ayrı qapı var. Sərbinə hissəsinin planı 8 guşəli olub hər divarda oyuq və tağlar var. Sərbinənin mərkəzində firuzəyi rəngli mərmərlə bəzədilmiş hovuz yerləşir.  Buraya daxil olub ətrafa nəzər saldıqda qarşımıza rəsmlərlə bəzədilmiş tavan pəncərəsi çıxır.  Tarixi abidənin səkkizguşəli hissəsi günümüzdə Qəzvin Antropologiya Muzeyi olaraq fəaliyyət göstərir. Qəzvində yaşayan müxtəlif millətlərə mənsub geyimlər, heykəllər burada sərgilənir.

Miandar Sərbinə və Gərmxanə arasındakı birləşdirici dəhliz rolunu oynayır. Bu bölmə girişdən sonra yuyunma otağına kimi insanların bədən temperaturunu və rütubəti tənzimləmək üçün nəzərdə tutulub. Temperatur tarazlığını təmin edən bu zalda hazırda muzeyin mədəniyyət obyektləri- tarixi hadisələri təsvir edən əl işi relyef rəsmləri, dövrə aid əşyalar və at yəhərləri sərgilənir.[5]

Abidənin hamam hissəsi səkkizguşəli arxitekturaya malikdir və divarlarının hündürlüyü 1 metrdir. Bu divarlar kərpiclə hörülmüş, üzəri mərmərlə örtülmüşdür. Suyun divardakı kərpic və daşları çürütməməsi üçüm nəzərdə tutulan bu proses həm hamamın ömrünü uzadır həm də tarixi abidəyə vizual gözəllik qatır. Hamamın böyük hovuzunun ətrafında dəmirçilik, ticarət və toxuculuq kimi peşələrlə yanaşı ruhi xəstəlikləri müalicə üsulları təsvir edilmişdir. Səfəvi memarlığının mühüm tərkib hissəsi olan kirəmitlərlə bəzədilən  hamamın bu hissəsində heykəllər vasitəsilə ənənəvi hamam səhnələri sərgilənir.  

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Wiki Loves Monuments monuments database. 2017.
  2. 1 2 3 4 5 6 7 https://iranarchpedia.ir/entry/27850.
  3. https://sobheqazvin.ir/news/25710/حمام-قجر-اولین-گزینه-گردشگران-در-قزوین.
  4. "Qajar Bathhouse". www.visitiran.ir (ingilis). 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.
  5. "Qajar Traditional Bath: A Great Bathhouse in Qazvin, Iran - Tourism news". Tasnim News Agency (ingilis). 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.