Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əmirgunə xan Gülabi xan oğlu Ağcaqoyunlu-Qacar — Çuxursəəd bəylərbəyi.
Əmirgunə xan Ağcaqoyunlu-Qacar | |
---|---|
Əmirgunə xan Gülabi xan oğlu Ağcaqoyunlu-Qacar | |
1605 – 1625 | |
Əvvəlki | Məhəmməd Şərif paşa (Osmanlı işğalı) |
Sonrakı | Təhmasibqulu xan Ağcaqoyunlu-Qacar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir[1] |
Doğum yeri | İrəvan, Çuxursəəd bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | İrəvan, Çuxursəəd bəylərbəyliyi, Səfəvilər dövləti |
Fəaliyyəti | Məmur[d] |
Atası | Gülabi xan |
Uşaqları | Təhmasibqulu xan Ağcaqoyunlu-Qacar, Abbasqulu xan |
Hərbi xidmət | |
Xidmət illəri | 1595-1625 |
Rütbəsi | general |
Əmirgunə xan Gülabi xan oğlu Çuxur Səəd əyalətinin İrəvan mərkəzi olan şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili aimışdı.1605-ci ildən, Qızılbaşların İrəvanı osmanlılardan geri almağı tarixindən Çuxur Səəd bəylərbəyi təyin olunmuşdu. Səfəvi-Osmanlı savaşlarında iştirak etmişdi.
Əmirgunə xan Ağcaqoyunlu-Qacar1625-ci ildə vəfat edib.
Əmirgunə xanın Təhmasibqulu xan, Abbasqulu xan adlı oğulları vardı.
Əmirgunə xanq urucu, xeyriyəçi bir şəxs idi. Tarixçi Zəkəriyyə yazır: "Əmirgunə xan İrəvana sahib olan kimi quruculuq işlərinə başladı, şenlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-bağça saldırdı, arxlar çəkdirib, şəhərin suyunu artırdı. Onun hakimiyyət illəri Çuxur Səədin çiçəkləndiyi dövr olmuşdu.Tarixçi Kanakersi də yazır: "Şah Abbas İrəvanı alandan sonra Əmirgunə xanı ora hakim təyin edir. O, hakimiyyətə başlayan təki xeyirxah əməllərlə məşğul olur, tikinti-abadlıq işləri aparır, vergiləri azaldır, kisə-kisə çörək bişirtdirib, İrəvanın inşasında çalışanlara paylayır, beləcə yaşayıb, şəhər və kəndləri abadlaşdırır".