Qadir Dayan (tam adı: Qadir Həkim oğlu Dayanov; başqırdca: Ҡадир Хәким улы Даянов; 4 fevral 1910, Qonşaq[d], Perm quberniyası[d] – 19 oktyabr 1975, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — Başqırd dramaturqu, yazıçısı və şairi. 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü
Qadir Həkim oğlu Dayanov | |
---|---|
Təxəllüsü | Qadir Dayan |
Doğum tarixi | |
Doğum yeri | Kunaşak aulu, Çelyabinsk qəzası, Orenburq quberniyası, Rusiya |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Ufa, Başqırdıstan Respublikası |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | başqırd türkü |
Təhsili | K.A.Timiryazev adına Başqırdıstan Pedaqoji İnstitutu |
Fəaliyyəti | dramaturq, yazıçı, şair |
Əsərlərinin dili | başqırdca |
Janrlar | şeir, poema, dram, hekayə |
Mükafatları |
Qadir Həkim oğlu Dayanov 4 fevral 1010-cu ildə Orenburq quberniyasının, Çelyabinsk qəzasının Kunaşak aulunda anadan olmuşdur.[1] 1927-ci ildə orta məktəbi bitirmiş, Arğayaş şəhərində müəllim kurslarında təhsil almış, bir müddət pedoqoji fəaliyyətlə məşğul olmuş, məktəb direktoru vəzifəsində çalışmışdır. 1930-1933-cu illərdə K.A.Timiryazev adına Başqırdıstan Pedaqoji İnstitutunda təhsil almışdır. 1933-1935-ci illərdə Sterlitamaksk Pedaqoji Məktəbində müəllimlik etmişdir. 1936-1941-ci illərdə K.A.Timiryazev adına Başqırdıstan Pedaqoji İnstitutunda Başqırd dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsində iştirak etmişdir. Müharibədən sonra Başqırdıstan Kitab Nəşriyyatında işləmiş və Başqırdıstan SSR Yazıçılar Birliyində məsləhətçi vəzifəsini tutmuşdur.
19 oktyabr 1975-ci ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində vəfat etmişdir.
Qadir Dayan 1929-cu ildə mətbuatda yayınlanan “Qızıl bayraq” (“Ҡыҙыл флаг”) şeiri ilə yaradıcılığa başlamışdır.
1924-cü ildə onun “Rəşidə” («Рәшиҙә») adlı poeması, uşaqlar üçün yazılmış “Timerkəy” («Тимеркәй») əsəri, “Xeyruş və Feyruş” («Хәйрүш һәм Фәйрүш») pyesi nəşr olunmuşdur. Sonrakı dövrlərdə onun “Qoca qaçqın”, “İki gənc”, “Aqidel sahillərində” poemaları yayınlanmışdır.
Qadir Dayan eyni zamanda bir çox mahnıların müəllifidir. Onun "Şaimuratov-general" («Шайморатов генерал»), "Vurğun Gülsira" («Гөлсирәнең һөйгәне»), "Zəytünə" («Зәйтүнә»), "Ural gecəsi" («Төнгө Урал» ), "Gülcamal" ( «Гөлъямал» ), "Qarasəs" («Ҡарасәс»), "Möhtərəmə" («Мөхтәрәмә» ) və başqa mahnıları xalq arasında populyarlıq qazanmışdır.
Qadir Dayanın "Tansulpan" pyesi Başqırdıstan Akademik Dram Teatrının səhnəsində uğurla tamaşaya qoyulmuşdur. Onun uşaqlar üçün “Bir köpək öz sahibini necə tapdı” («Эт нисек үҙенә хужа тапты», 1939), “Quşlar uçur” («Ҡоштар оса», 1952), “Hiyləgər tülkü haqqında üç nağıl” («Хәйләкәр төлкө тураһында өс әкиәт», 1957)," Ovçular "( «Һунарсылар», 1959)," Göyərçinlər "( «Күгәрсендәр» ) və s. əsərləri vardır.