Qafar Mirzəyev

Qafar Mirzəyev (tac. Ғаффор Мирзоев), həmçinin Qafar-Sedoy ( tac. Гаффор-Седой) [1]Tacikistan siyasətçisi, Narkotiklərlə Mübarizə Agentliyinin keçmiş rəhbəri. O, 2004-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət əmlakının özəlləşdirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir sıra digər ittihamlarla ömürlük həbs cəzasına məhkum edilmişdir.[2]

Qafar Mirzəyev

Həyatı[redaktə | mənbəni redaktə et]

O, Kulyabda anadan olmuş və mənşəcə ölkədə hakim "Kulyab" tayfasına mənsub idi. Onun atası İkinci Dünya müharibəsi veteranı Tacikistanda ilk yük maşını sürücülərindən biri olmuşdur. Özü də sonralar bir müddət yük maşını sürücüsü olmuş, lakin məktəbi bitirdikdən sonra paytaxt Düşənbəyə Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. O, Ozodi meydanındakı etirazlar zorakılığa çevrildikdən sonra Tacikistan Xalq Cəbhəsinə qoşulmuşdur. 1995-ci ildə barışıq prosedurlarından sonra Mirzəyev Prezident Qvardiyasının rəisi olmuşdur. O, Tacikistanda vətəndaş müharibəsi zamanı Mahmud Xudaverdiyevin paytaxta çatmasının qarşısını ala bilmişdir.[3] Mirzəyev Prezident Milli Qvardiyasının rəisi olmaqla yanaşı, 2002-ci ildə Tacikistan Respublikası Milli Olimpiya Komitəsinin rəhbəri vəzifəsində çalışmışdır.[4]

Həbsi[redaktə | mənbəni redaktə et]

Mirzəyev 2004-cü ilin avqustunda 15 tərəfdarı ilə birlikdə həbs olunmuşdur. bir çoxları həbslərin siyasi motivli olduğunu iddia etsə də, əksər tənqidçilər hələ də Mirzəyevin narkotik sənayesi ilə əlaqəsi olan "korrupsioner məmur" olduğunu etiraf edirlər.[2][5] 2006-cı ildə Mirzəyev ömürlük həbs cəzasına məhkum edilmiş, general rütbəsindən və bütün dövlət mükafatlarından məhrum edilmişdir.[6]

Narkotiklərlə Mübarizə Agentliyinin anbarları arasında gizlədilmiş 3,000 silah, habelə ailəsinin evində zenit raketi aşkar edildikdən sonra onun qardaşı Abdurəsul Mirzəyevə qarşı silah saxlama ittihamı irəli sürülmüşdür.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "В камере со вчерашними противниками. «Гаффор-Седой» просит перевести его в другую тюрьму". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  2. 1 2 "Country Report on Human Rights Practices in Tajikistan". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  3. "Седой Гаффор Мирзоев стал жертвой восточного менталитета". www.mzk1.ru. 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-08.
  4. "NewsLibrary.com - newspaper archive, clipping service - newspapers and other news sources". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  5. Ahmed Rashid. Descent into Chaos. Page 331
  6. "ГЕНЕРАЛ ГАФФОР-СЕДОЙ ОКАЗАЛСЯ В ОДНОЙ КАМЕРЕ С ТЕМИ, ПРОТИВ КОГО ОН ВОЕВАЛ". akhbor-rus.com (ingilis). 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-08.
  7. "Tajikistan: President Rahmon Takes Another Step to Consolidate Authority in Dushanbe | EurasiaNet.org". 2017-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.