Qafar Sarıvəlli

Qafar Sarıvəlli — rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Qafar Sarıvəlli
Doğum tarixi (67 yaş)
Doğum yeri Kəmərli, Qazax, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam

Həyatı[redaktə | mənbəni redaktə et]

1956-cı il yanvarın 17-də Qazağın Kəmərli kəndində anadan olmuşdur. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirb. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1974-76-cı illərdə Qazaxıstanda hərbi xidmətdə olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. 100-dən çox kitaba tərtibat verib, illüstrasiyalar çəkib. Rəsmlər toplusundan ibarət dörd kitabı çap olunub (1996, 2001, 2005 və 2008-ci illər).

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]