Qafqaz Ordusu (Rusiya)

Qafqaz Ordusu — (rus. Кавказскaя армия / Kavkazskaya Armiya), I Dünya Müharibəsində Rusiya İmperatorluğunun Qafqaz cəbhəsində saxladığı ordu. Müharibənin əvvəlində bu ordunun bütün qüvvəti, 100 batalyon, 117 rota və 250 topdan ibarət idi.[1] Bu ordunun komandiri İllarion İvanoviç Borontosv-Daşkov idi.[2] Fevralın 23-də Rusiyada Fevral İnqilabı ilə başlayan problemlər orduda nizam-intizamı hiss olunacaq dərəcədə korlanmışdır. Bahardan etibarən, gigiyena və qida mənşəli problemlər və səpmə yatalaq epidemiyası bu ordunu zəiflədir və dağılmasına yol açır.[3]

Qafqaz Ordusu
rus. Кавказскaя армия
Növü Sahə ordusu
Yaranma tarixi 1914-1918
Ölkə Rusiya İmperiyası Rusiya imperiyası
Daxildir Qafqaz cəbhəsi, Qafqaz Hərbi Dairəsi
Qərargah
Müharibələr Birinci Dünya müharibəsi
Döyüşlər
Komandanlıq
Məşhur komandirləri İllarion Vorontsov-Daşkov
Nikolay Nikolayeviç
Nikolay Yudeniç

1914-ci ildə Qafqaz hərbi Bölgəsinin canişini İllarion İvanoviç Borontosv Daşkov cavabdehlik daşıyırdı, amma hərbi fəaliyyətlərin planlaşdırılması, hərəkətləri və əsgərlərin idarəsi qubernatorunun müavini general Aleksandr Zaxareviç Mışlayevski tərəfindən aparılırdı. Bu dövrdə Qafqaz ordusunun təşkili, müharibə başlamazdan əvvəl iki qrup olaraq qurulmuş və bu qruplar isə iki əsas fəaliyyət sahəsinə (Qafqaz Cəbhəsi və İran Cəbhəsi) görə bölüşdürülmüşdülər. General Nikolay Yudeniç Sarıqamışda idi.

  • II Qafqaz Korpusu
    • (2 ədəd) Piyada diviziya
    • (2 ədəd) Topçu briqada
    • (2 ədəd) Plastun (Qazax) briqada
    • 1-ci Qafqaz Qazax Bölməsi
  • II Türküstan Korpusu
    • (2 ədəd) Briqada
    • (2 ədəd) Piyada artilleriya batalyonu
    • 1-ci Trans-Xəzər Qazax Briqadası

Müharibə başlamazdan əvvəl Qafqaz Cəbhəsindəki gücü iki əsas hissədə cəmləşirdi

  • Oltu istiqaməti (Qars - Ərzurum): 6 hissədən ibarətdir. Sarıqamış və ətrafında əlavə qüvvə olaraq
  • Rəvan istiqaməti (İrəvan - Alaşkerd): Təxminən 2 diviziya, çox sayda süvaridən ibarətdir. Iğdır və ətrafında əlavə qüvvə olaraq
  1. "1914-1915 YILLARI SAVAŞLARI Kafkas Cephesinde: Sarıkamış Savaşı" (Turkce). 2012-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-27.
  2. The Campaign in Armenia. Marshall Cavendish Illustrated Encyclopedia of World War I, vol ii (Eugene). Marshall Cavendish Corporation. 500. ISBN 0-86307-181-3.
  3. Serge, Victor, Yıl Bir Rus Devrimi'nin. Chicago: Holt, Rinehart and Winston, 1972, s.193.