Qafqaz canavargiləsi

Qafqaz canavargiləsi (lat. Daphne caucasica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü.

Qafqaz canavargiləsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda yayılmışdir, Qərbi Asiyada bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,2 m olan yarpaqlı koldur. Yarpaqları növbəli, sadə, kiçik, oval, uzunluğu təxminən 2,5-4,5 sm, eni 8-12 mm, tutqun-lansetvari, açıq yaşıl və ya mavi-yaşıldır. Kiçik, ağ çiçəkləri 4-20 ədəd topalarda yerləşir, ətirlidir, meyvələri sarı və ya qonurdur. Budaqların uclarında yazın axırlarında 4-dən 20-dək kiçik, ağ, dörd ləçəkli çiçəkləri olur. Çiçəkləməsi yay ərzində əsasən maydan iyunadək, az dərəcədə iyundan sonra soyuqlar düşənədək davam edir. Ağ çiçəkləri şirin, ancaq ətirlidir. Meyvələri ətli, qırmızı və ya qaradır.

Orta miqdarda günəşli yerdə, turşulu, neytral, yaxşı drenajlı, qələvili olmayan gillicəli torpaqlarda yaxşı bitir. İsti yayı olan regionlarda bu kol beş-on ildən artıq yaşaya bilmir. torpaqlarda bitir. Əkindən sonra kökün zədələnməsi və budanma bitkilərin məhv olmasına səbəb ola bilər.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda təbii halda rast gəlinir.

Zəhərli bitkidir, çiçəkləmə və meyvəvermə dövründə dekorativ görünüşə malikdir. Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Daphne caucasica var. cognata K.Koch
  • Daphne cneorum Gueldenst. ex Ledeb.
  • Daphne euphorbioides Puschk. ex Steud.
  • Daphne salicifolia Lam.