Qafqaz doqquzdonu

Qafqaz doqquzdonu (lat. Lonicera caucasica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Qafqaz doqquzdonu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Qafqazda təsvir edilmiş, Kiçik Asiyada qeydə alınmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3,5 m-ə çatan, dikduran gövdəli, alçaqboylu ağac və ya koldur. Yarpaqları uzunsov-oval və ya yumurtavarı-ovalşəkillidir, yarpaq damarları 4–13 cüt olub, aydın seçilir. Çiçəkləməsi yarpaqlamadan sonra baş verir. Dişiciyi 2 və ya 5 yuvalıdır. Erkəkciyi 5-dir. Çiçəkləri yarpaq qoltuğunda cüt və ya dəstə ilə yerləşir, ziqomorfdur, ikidodaqlıdır, üst dodağı 4, alt dodağı isə birləçəklidir. May ayında çiçəkləyir. Çiçəkləri ətirli və nektarlıdır. Kasacığı qırmızımtıl-bənövşəyidir. Meyvəsi iyul-sentyabr aylarında yetişir, giləmeyvədir.

Quraqlığa davamlıdır, torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda, Lenkaran zonasında meşələrdə bitir.

Dekorativ, yaxşı balverən bitkidir.