Qafqaz rododendronu (lat. Rhododendron caucasicum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Qafqaz rododendronu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qafqaz rododendronu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Rusiya (Dağıstan, Şimali Osetiya, İnquşetiya, Kabardin-Balkar və Karaçay-Çerkeziya), Türkiyə, Qafqazda (Gürcüstan və Ermənistan - Həmzəçimən) təbii arealı vardır.
Böyük Qafqazda (Azərbaycanın daxilində) Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə bitir.
Azərbaycanın nadir bitkilərindəndir. CR B1ab (ı,ıı,ııı,ıv,v)
Rütubətli yamaclarda yayılmışdır.
Təbii halda Azərbaycanda arealı çox geniş deyildir
Qafqaz rododendronunun hündürlüyü 1-1,5 m-ə qədər olur. Dəniz səviyyəsindən 1600–3000 m hündürlüklərdə yayılmışdır. Gövdəsi sürünən, tünd qonur qabıqlıdır. Yarpaqları uzunsov-oval, alt tərəfi sıx, qısa, narıncı tükcüklərlə örtülmüşdür. Çiçəkləri çətirvarı çiçək qrupuna yığılmış, çiçək tacının diametri və uzunluğu 3 sm-ədək, sarımtıl-ağ, ağızcığında yaşıl və ya qırmızımtıl nöqtəlidir. Çiçək tacının rəngi təmiz ağdan açıqsarı və ya açıqçəhrayı rəngə qədər ola bilir. Qutucuğu uzunsovdur. Qafqaz rododendronu balverən bitkidir.
Generativ və vegetativ yolla çoxalır
Başlıca olaraq insan fəaliyyətidir.
Mədəni halda becərilir.
Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmisi zəruridir.
Yasaqlıqların yaradılması vacibdir.