Qafqaz sarmaşığı

Qafqaz sarmaşığı

Qafqaz sarmaşığı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Qafqazda təbii yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 30 m-dək olan, əmici köklərin köməkliyi ilə ağacların gövdələrinə,qayalara və divarlara qalxan,həmişəyaşıl,oduncaqlı lianadır.Yarpaqların uzunluğu 10 sm-dək,dərili,üstü tünd-yaşıl,parlaq,formaca müxtəlifdir: artım zoğlarında 3-5 qanadlı,çiçək zoğlarında bütöv,yumurtavari və ya rombvaridir.Çiçəkləri xırda,sarımtıl-yaşıl,şarşəkilli çiçək qruplarında yerləşir.Meyvəsini diametri 5–9 mm-dir.

Rütubətli torpaqları sevir.Şaxtaya davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Balakəndə.Yalamada.Hirkan florasında-Lənkəranda,Astarada.Masallıda meşələrin aşağı yaruslarında rast gəlinir.

Yaşıllaşdırmada da istifadə edilir.Yarpaqlarında qlikozid qederin və saponinlər vardır.Xalq təbabətində qaraciyər və öd kisəsi xəstəliklərində,revmatizmdə istifadə edilir.Yaralarda,yanıqlarda üstdən sürtülür.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]