Qafqaz yemişanı

Qafqaz yemişanı (lat. Crataegus caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Qafqaz yemişanı
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Crataegus caucasica

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycan.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Talış, Gədəbəy (Qalakənd), Qazax, Daşkəsən, Cəbrayıl, Naxçıvan MR-in Ordubad rayonu ərazilərində rast gəlinir.

Azərbaycanın endem bitki növüdür. CR A2abc; C1.

Orta dağ qurşağına qədər daşlı-qayalı kolluqlu yamaclarda, dərələrdə, açıq yerlərdə bitir.

Təbii ehtiyyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dar bir arealda yayılmışdır.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2-3, bəzən 5 m-ədək olan koldur. Bəzən bitkinin hündürlüyü 7 m, gövdəsinin diametri 18 sm-ə qədər ola bilir. Budaqları tünd-qonur, boz xallıdır. Zoğları çılpaqdır. Iynələri yoxdur və ya uzunluğu 0,5-2,5 sm olan qoltuq və yarpaqlı iynələri olur. Yarpaqları enli yumurtavarı, tutqun, üstüparlaq yaşıl, alt tərəfi bir az açıq, seyrək tükcüklü, sonradan çılpaqdır. Çiçəkləyən zoğlarında alt yarpaqları tərs yumurtavarıdan uzunsova qədər, ensiz bünövrəli, kənarları təxminən bütöv və ya iri dişli olur. Yuxarı yarpaqların uzunluğu 6 sm-ədək, eni 6-6,5 sm-ədək, enli yumurtavarıdan yumruyadək ola bilir. Yarpaqların bünövrəsi kəsikli və ya yumru, beş və ya yeddi yerə bölünmüşdür. Yarpağın bölünmüş hissələri əsasən enli, bəzən ensiz, alt yarpaqlar yuxarıdakılardan iri, hamısının ucu bizdir. Steril zoğların yarpaqlarının uzunluğu və eni 6-6,5 sm, yumurtavarı, yeddi yerə bölünmüş və çox vaxt ensiz, kənarları iridişli və kəsilmişdir. Çiçək qrupları uzunluğuna görə təxminən yarpaqlara bərabər, 5-15 çiçəkli olub çılpaqdır. Çiçək saplaqlarının uzunluğu 3–18 mm-ə çatır və kasayarpaqları enli, yumurtavari üçkünc, ucu daralmış və ya tədricən uzanmışdır. Çiçək tacının diametri 2 sm-ədək olur və erkəkciklərinin sayı 17-20 ədəd ola bilir. Sütuncuqları 2, bəzən 1 və ya 3-dür. Meyvələri qısa ellipsvari, diametri 10–13 mm, tünd al qırmızı, yetişmişləri qara bənövşəyi, açıq nöqtəli və sarı bətlidir. Çəyirdəkləri əsasən 2-dir. May ayında çiçəkləyir, oktyabr ayında isə meyvəsi yetişir. Yetişdikdə meyvəsi bənövşəyi qara rəngli olur.

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatın dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.