Qafqaz zanbaqcası

Qafqaz zanbaqcası (lat. Fritillaria caucasica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməkdə olanlar" kateqoriyasına aiddir - EN A1c; B1ab (iii). Azərbaycanın endemik növüdür.

Qafqaz zanbaqcası
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Fritillaria caucasica

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir, soğanağı xırdadır. Gövdəsi çılpaq, zəif, 25 sm hündürlükdədir. Yarpaqlar azsaylıdır, uzunsov və ya uzunsov-lansetşəkillidir, alt yarpaqlar bir qədər enli, üst yarpaqları çox ensiz, dar-neştərşəkilli və ya xətvaridir. Alt yarpaqlar 2 sm-ə qədər enindədir. Çiçəkləri təkdir. Çiçək yatağı zəngvarı, konusşəkilli, 2,5 sm uzunluğunda, göyümtül, bənövşəyidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə aprel-iyun aylarında baş verir. Kolluqlarda, çınqıllı yamaclarda, meşə kənarlarında, orta dağ qurşağında rast gəlinir. Dekorativ bitkidir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvanın dağlıq hissəsi (Batabat gölü), Kiçik Qafqazın şimalı, Diabar.

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyaları azalır. Antropogen amillər itmə təhlükəsini yaradır.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (əhali tərəfindən yığılması, otarılma, tapdalanmaya, ətraf mühit amillərinə həssas növ olması).

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen amillərin qarşısının alınması üçün yasaqlıqlar təşkil olunmalı, yeni yayılma sahələri axtarılmalıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]