Qafqazmənşə quşarmudu

Böyük Qafqaz quşarmudu (lat. Sorbus caucasigena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Böyük Qafqaz quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Quba rayonu yuxarı dağ meşə qurşağında rast gəlinir.

Azərbaycanın nadir bitki növlərindən biridir. VU A2c+3cd.

Yuxarı və orta dağ qurşaqlarında və ya seyrək meşələrdə, quru daşlı əhəngli işıqli yamaclarda təsadüf edilir.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 5-8 m-ə çatan və diametri 40 sm-ə qədər olan dağınıq çətirli ağac və ya kol bitkisidir. Yarpaqları təklələkvarı yarpaqcıqdan ibarətdir. Üstdən çılpaq, altdan dağınıq tüklüdür, orta yarpaqcıqları lansetşəkilli, və ya uzunsov lansetvarı, qeyri-simmetrik olub, yuxarı hissəsində yarpaqcıqların kənarı sivri və mişardişlidir. Ancaq, aşağı hissəsində tamdır, bəzi hallarda isə hər tərəfi mişardişlidir. Çiçək qrupu çoxçiçəkli, qalxanvarıdır. Bunlar əvvəllər tüklü olub, sonralar demək olar ki, çılpaqlaşan budaqcıqların uclarındadır. Çiçəkləri ağ rəngdə olub, kəskin spesifik iy verir, diametri 10-15 mm-dır. Yetişmiş meyvələri kürəvi yumurtavarı və ya uzunsov-yumurtavarı, narıncı az-az hallarda isə sarımtıldır, eni 7-11 mm-dir. Bir qədər uzunsov və təpəsi sivriləşmiş toxumu vardır. May-iyun aylarında çiçək açır, avqust-sentyabr aylarında meyvə verir və meyvəsi ağacların üzərində qalır.

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Qəbul edilmiş qorunma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi tövsiyə olunur.