Qahirə beynəlxalq kitab yarmarkası (ərəb. معرض القاهرة الدولي للكتاب) — hər il Misirin paytaxtı Qahirə şəhərində, Əl-Əzhər Universitetinin yaxınlığında keçirilən böyük beynəlxalq kitab yarmarkası. Misir baş kitab təşkilatı tərəfindən keçirilir. İlk dəfə 1969-cu ildə keçirilmiş və tarixi Qahirə şəhərinin əsasının qoyulmasının 1000 illiyinə həsr olunmuşdur.[1]
2011-ci ilin yanvarında keçirilməli olan yarmarka Misirdəki inqilabi hadisələrə görə təxirə salınmış, növbəti il yenidən bərpa olunmuşdur.[2]
Qahirə yarmarkası ərəb dünyasında ən qədim və ən böyük kitab yarmarkalarından biridir və hər il 2 milyona yaxın ziyarətçi və minlərlə kitab satıcısını cəlb edir. 3 həftə ərzində çıxışlar, mühazirələr, ictimai oxunuşlar və s. kütləvi tədbirlər keçirilir. Materiallar ərəb, ingilis və digər dillərdə təqdim olunur. Yarmarka ilk növbədə adi misirlilərə xitab edir və tədbirləri açıq havada keçirməklə yanaşı, ziyarətçiləri əyləndirmək üçün atəşfəşanlıq da təşkil edilir[3][4].
2006-cı ilə olan məlumata görə Frankfurt kitab yarmarkasından sonra ikinci ən böyük kitab yarmarkasıdır.[1]