Qahirə döyüşü (1517)

Qahirə döyüşü – 1517-ci ilin yanvar ayında Sultan II Tumanbəyin hərbi qüvvələrinin Osmanlı hakimiyyəti altında olan Qahirəni Osmanlı işğalından xilas etmək cəhdidir. Məmlüklər ilk hücum zamanı müvəffəqiyyət qazansalar da, Osmanlı ordusuna əlavə qüvvələrin köməyə gəlməsi ilə Qahirə küçələrində dörd gündən çox davam edən dağıdıcı toqquşmalar nəticəsində məğlub olaraq şəhərə nəzarəti yenidən itirmişdirlər. Daha müqavimət göstərə bilməyəcəyini başa düşən Sultan Tumanbəy isə Gizaya çəkilmişdir. İki aylıq təqiblərdən sonra isə o, mart ayının 30-da tutulmuş və aprel ayının 13-də isə Qahirədə edam edilmişdir.

Qahirə döyüşü
Osmanlı–Məmlük müharibəsi (1516–1517)
II Tumanbəyin edam edilməsi (Tâcü’t-Tevârîh)
II Tumanbəyin edam edilməsi (Tâcü’t-Tevârîh)
Tarix 30 yanvar 1517
Yeri Qahirə, Misir
Səbəbi Misirin Osmanlılar tərəfindən işğalı
Nəticəsi Qəti Osmanlı qələbəsi
Münaqişə tərəfləri

 Osmanlı imperiyası

Məmlüklər

Komandan(lar)

Osmanlı imperiyası I Səlim
Osmanlı imperiyası Yunis Paşa
Osmanlı imperiyası Ayaz Ağa
Osmanlı imperiyası Fərhad Ağa

II Tumanbəy
Qansu Adili
Şadi Bəy
Əmir Xanım  

Tərəflərin qüvvəsi

bilinmir

7.000 əsgər və naməlum sayda mülki əhali

İtkilər

bilinmir

4.000

  • Emecen, Feridun. Yavuz Sultan Selim (Türkçe). İstanbul: Kapı yayınları. 2016. 282–294. ISBN 9786055147624.
  • T.C. Gnkur. ATASE (1990). TSK tarihi, cilt III, kısım II, Yavuz Sultan Selim ve Mısır Seferi eki. Ankara: Genelkurmay basımevi. ss. 121-123.