Qala xiyabanı

Qala xiyabanı və ya Həzi Aslanov xiyabanıLənkəran şəhərinin Həzi Aslanov, Məhəmməd Əmin Rəsulzadə və Fikrət Məmmədov küçələrinin kəsişməsində yerləşən xiyaban. Xiyaban 2008-ci ilin oktyabrın 8-də yenidənqurma işlərindən sonra yenidən açılmışdır. Ətrafdakı küçələr abadlaşdırılaraq müasir görkəmə salınmışdır. Suda fırlanan qlobuslar buraya xüsusi yaraşıq verir. Fəvvarələrin quraşdırıldığı xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyev adına Dostluq Parkı da salınmışdır. Ümumi sahəsi 1,6 hektardan çox olan parkda ölkəmizin bütün iqtisadi zonalarının göstəricilərini, eləcə də təbiətini, coğrafiyasını əks etdirən guşələr yaradılmışdır. Xiyabanda hər bölgə üzrə milli memarlıq abidələrindən ibarət maket də nümayiş etdirilir. Bu, təkcə lənkəranlıların deyil, həm də şəhərə gələn qonaqların Azərbaycan haqqında geniş məlumat almasına imkan yaradır. Xiyabanda, əməkdar müəllim, Prezident təqaüdçüsü Mirhaşım Talışlı və Lənkəran Veteranlar Şurasının sədri Kamal Kələntərlinin heykəlləri də maraq doğurur.[1][2][3]

  1. "Qala xiyabanı tamamilə yenidən qurulmuşdur". www.anl.az. 2024-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  2. cenublu_muellif. "Lənkəranın daha bir mərkəzi küçəsi təmirə bağlanıb". Cənublu (az.). 2023-06-16. 2024-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  3. NModern. "Şəhərin daha bir küçəsinə- Qala Xiyabanı küçəsinə yeni asfalt örtüyü döşənir". lenkeran-ih.gov.az (az.). İstifadə tarixi: 2024-03-05.