Qalakənd qalası

Qalakənd Qalası — məbəd kompleksi Qazax rayonunun Yuxarı Əskipara kəndində, Coğaz çayının sağ sahilində yerləşir.

Qalakənd qalası

Bəzi fərziyyələrə əsasən, bura Qafqaz Albaniyası hökmdarlarının iqamətgahlarından biri olmuşdur. Kompleks təxminən 2,5 hektar ərazidə yerləşərək ikiqat divarla əhatə olunmuşdur. Divarlar arasında məsafə təxminən 12 m-ə yaxındır. Divarlar yerin relyefi ilə uzlaşdırılaraq strateji baxımdan çox mükəmməl bir tərzdə həll olunmuşdur.

Qalakənd Qalasının daxili hissəsində dini, xidməti və təsərrüfat təyinatlı tikililər ucaldılmışdır. Bunların içində ən önəmlisi qalanın yuxarı hissəsində yerləşən məbəddir. Məbədin tikintisində 21 x 21 x 57 sm ölçülü bişmiş kərpicdən və yerli daşdan istifadə olunmuşdur. 1970-ci illərdə bu kompleksdə tədqiqat işləri aparılan zaman artıq məbəd və kompleksin bir çox hissəsi itirilmişdir. Alimlərin qənaətinə görə, kompleksin ucaldılma tarixi VI–IX əsrlərə təsadüf olunur.

Hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.