Qalatasaray adası

Qalatasaray adası (türk. Galatasaray Adası) — Bosfor boğazında yerləşən elə də böyük olmayan ada. İstanbulun Quruçeşmə rayonunun qarşı tərəfində, Qalatasaray İdman Cəmiyyətinə məxsus ərazi.

Qalatasaray adası
türk. Galatasaray adası
Ümumi məlumatlar
Sahəsi 0.006 km²
Yerləşməsi
41°03′35″ şm. e. 29°02′22″ ş. u.HGYO
Ölkə  Türkiyə
Akvatoriya
Qalatasaray adası xəritədə
Qalatasaray adası
Qalatasaray adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada Bosfor körpüsündən şimalda, İstanbulun avropa sahilindən 165 metr aralıda yerləşir[1]. Adanın yerləşməsi onun ərazisinə yaşayış evlərinin, barların, restoranların tikintisini mümkün etmişdir[2]. Adada iki üzgüçülük hovuzu vardır[2].

Qalatasaray adasının sahili

1872-ci ildə osmanlı sultanı Əbdüləziz adanı memar Sarkis Balyana hədiyyə edir. O, isə öz növbəsində adada bir malikanə inşa etdirmişdir. bu malikanədə erməni əsilli Rusiya rəssamı İvan Ayvazovski dəfələrlə İstanbula səfəri zamanı qalmışdır. Burada qonağ olduğu bir ay ərzində I Əbdülməcid tərəfindən Dolmabağça sarayı üçün sifariş olunan tabloların hazırlanması ilə məşğul olmuşdur[3].

Sarkis Balyanın sağlığı illərində ada "Sarkis bəy adası" olaraq adlandırılır. O, 1899-cu ilə qədər adada yaşamışdır. Birinci Dünya müharibəsi sonrasında adanın qanuni varisi onu "Şirket-i Hayriye Ferry Enterprise" şirkətinə icarəyə vermişdir. Bu zaman adanın adı "Cənnət məkanı"[3] adlanırdı. Uzun zaman isə ada kömür anbarı rolunu oynamışdır.

1957-ci ildə adanı Qalatasaray idman klubu satın alır. Burada idman qurğuları inşa edilir.

2002-ci ildən etibarən adada təmir işləri başlayır. 2007-ci ilin iyul ayında təmir-tikinti işləri bitdiyindən ada istanbulluların istifadəsinə verilmişdir.

Adada 4 oktyabr 2007-ci ildə baş vermiş yanğın zamanı 2 restoran və bir neçə obyekt tamamən yanmışdır[4].

  1. "Galatasaray Adası, Unit Group tarafından yenilenecek" (türk). Turizimde Bu Sabah. 2002-09-26. 2012-01-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-25.
  2. 1 2 "Suada Club" (ingilis). suadaclub.com.tr. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-25.
  3. 1 2 "Island history from Suada Club" (ingilis). suadaclub.com.tr. 2015-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-25.
  4. Today's Zaman. "Disaster averted in Su Ada fire" (ingilis). todayszaman.com. 2007-10-04. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-25.