İvan Ayvazovski (rus. Иван Константинович Айвазовский, erm. Հովհաննես Այվազովսկի; 17 (29) iyul 1817[1], Feodosiya, Tavriya quberniyası[d], Rusiya imperiyası[4][1][…] – 19 aprel (2 may) 1900[2][3][…], Feodosiya, Tavriya quberniyası[d], Rusiya imperiyası[4][1][…]) — erməni əsilli rus rəssamı.[7][8][9][10] Ayvazovskinin əsərlərinin yarıdan çoxunu dəniz mənzərələri təşkil edir. İvan Ayvazovski ümumdünya rəssamların arasında ən yaxşı dəniz mənzərələri yaradan rəssam hesab olunur.[11][12][13]
İvan Ayvazovski | |
---|---|
Հովհաննես Այվազովսկի Иван Константинович Айвазовский | |
Doğum adı | Հովհաննես Այվազյան |
Doğum tarixi | 17 (29) iyul 1817[1] |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel (2 may) 1900[2][3][…] (82 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | erməni |
Fəaliyyəti | rəssam, vizual incəsənət rəssamı, rəsm kolleksioneri[d] |
Təhsili | |
Janrlar | Marina[1], peyzaj[5], batal janrı, janr rəssamlığı[5], tarix rəssamlığı[5], portret[5], dini rəssamlıq[d][5], mifologiya rəssamlığı[d][5], romantizm |
Stil | romantizm[6] |
Tələbəsi | Arxip Kuinci |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
İvan Ayvazovski Krımda Qaradənizin sahilində yerləşən kiçik Feodosiya şəhərində kasıb erməni ailəsində dünyaya gəlmişdi. Simferopolda təhsil aldığı zaman, rəssamlıq qabiliyyətinə görə I Nikolay tərəfindən Sankt-Peterburq şəhərinə rəssamlıq təhsili almağa göndərilmişdir. 1836-cı ildə rəssamlıq təhsililini bitirdikdən sonra dövlət tərəfindən Avropaya göndərilmişdi. İllərlə davam edən səyahətlər zamanı müxtəlif ölkələrdə sərgiləri açılmışdı. Həmin dövrdə İvan Ayvazovski Avropada ən məşhur rus rəssamı hesab olunurdu. Ayvazovskinin 1844-cü ildə Rusiya imperiyasına geri qayıtmasından sonra bu ölkənin hərbi donamasında işləməyə başladı. İşi ilə əlaqədər, olaraq Ayvazovskinin bir çox əsərləri dəniz mənzərələri təşkil etmişdir.
1845-ci ildə Ayvazovski Osmanlı İmperiyasının paytaxtı İstanbul şəhərinə gəlmişdir. Burada sultan I Əbdülməcid tərəfindən Bəylərbəyi sarayında qarşılanmışdır. 1845–1890-cı illər ərzində Ayvazovski İstanbul şəhərinə dörd dəfə gəlmişdir. 1874-cü ildə ki, səfəri zamanı erməni əsilli memar Sarkis Balyanın Quruçeşmə adasında yerləşən malikanəsində bir aya yaxın qalmışdır. Burada qonağ olduğu bir ay ərzində I Əbdülməcid tərəfindən Dolmabağça sarayı üçün sifariş olunan tabloların hazırlanması ilə məşğul olmuşdur. 1890-cı ildə İstanbulla son səfəri zamanı sultan II Əbdülhəmidlə görüşündə Ayvazovski sultana iki əsərini hədiyyə etmişdir. 5 mindən çox tablo müəllifi olan Ayvazovskinin əsərləri dünyanın müxtəlif muzeylərində saxlanılır. Dolmabağça sarayı, Dəniz muzeyi, Hərb muzeyi, İrəvan dövlət muzeyi və Rum Ortodoks Patrikxanasında Ayvazovskinin əsərlərinin bir hissəsi saxlanmaqdadır. Bir qrup əsərləri isə şəxsi arivlərdə qorunur.